Issuu on Google+

Naxчыvan ZAMAN-AZƏRBAYCAN QƏZETİNİN XÜSUSİ ƏLAVƏSİDİR / 2013

Naxçıvan 20 Yanvar ərəfəsində

2013-cü il Naxçıvanda "Heydәr Әliyev ili"dir “Naxçıvan Sement” inşaatda öz sözünü deyir

Milli filmlяrimizin canlыmuzeyi

Ordubadın siması ildən-ilə gözəlləşir


1) Enurez 2) Xroniki poliartridlər 3) Burun boşluğunun anotomik dəyişiklikləri (polip. adenoidlər) 4) Xroniki hepatoxolesistitlər.


3

Artıq güclü Azərbaycan var! Əziz oxucular, jurnalımızın beşinci sayı ilə qarşınızdayıq. Bundan öncəki sayılarımızda Naxçıvan haqqında müxtəlif mövzulu məqalələrlə görüşünüzə gəlmişdik. Jurnalımızın bu sayında da ənənəmizə sadiq qalıb muxtar respublika ilə əlaqəli yazılara daha geniş yer veririk. Sinələr güllə-güllə, Qan axır, dönür gülə. Qərənfillər ağlayır, Düşmənə gülə-gülə. Ağla, qərənfil, ağla! *** Şair Məmməd Aslanın "Ağla, qərənfil, ağla" şeiri 20 Yanvar kədərimizi özündə daha güclü ifadə edir. Məlum olduğu kimi, 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə o dövrki ermənipərəst SSRİ rəhbərliyinin göstərişi ilə silahlı sovet ordusu Azərbaycan xalqının üzərinə qoşun yeridərək, dinc, günahsız, əliyalın insanları qanına qəltan edib. Həmin illərdə blokada şəraitinə salınmış Naxçıvan da sosial-iqtisadi həyatının ən ağır dövrlərini yaşamışdı. Üstəlik, 20 Yanvara bir neçə gün qalmış Naxçıvanın alınmaz qalası Sədərək kəndi ermənilərin aramsız silahlı hücumlarına məruz qalmışdı. Lakin ermənilərin məkrli planları baş tutmadı. Sərhədlərimizin toxunulmazlığı, torpaqlarımızın ərazi bütövlüyü uğrunda mübarizədə qəhrəman vətən oğullarımız şəhid oldu. Jurnalımızda bu mövzu ilə əlaqədar şair-publisist Vaqif Məmmmədovun məqaləsi dərc olunub. Məqalədən aydın olur ki, Naxçıvan azğın düşmənin bu təcazüvündən də alnıaçıq çıxmışdır. Əlbəttə, qeyd etmək yerinə düşər ki, Azərbaycan xalqının istiqlala gedən yolunda qarşılaşdığı faciələr təkcə 20 Yanvarla bitməyib. Belə ki, qanlı yanvar hadisəsindən 2 il sonra - fevral ayının 26-da azərbaycanlıların dədə-baba yurdu Xocalı şəhərində ermənilər tərəfindən yerli xalqa qarşı daha kütləvi və dəhşətli soyqırımı törədildi. Onu da bildirim ki, artıq son illər Xocalı soyqırımı dünya

ictimaiyyətinin diqqətində həqiqi qiymətini almağa başlayıb. Belə ki, bir çox ölkələrin parlamentləri bu kütləvi qırğının soyqırımı olduğunu artıq rəsmiləşdiriblər. Bir məsələni də nəzərinizə çatdırmaq istəyirəm: qısa tarixə nəzər salsaq, azərbaycanlıların erməni millətçiləri tərəfində soyqırımına məruz qalması hallarının ötən əsrin əvvələrinə gedib çıxdığının şahidi olarıq. Belə ki, 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və daşnak-erməni silahlı dəstələri Bakı şəhərində və bölgələrdə on minlərlə azərbaycanlını qətlə yetirib. O zaman minlərlərcə insan itkin düşüb. Xatırladım ki, Azərbaycan ikinci dəfə müstəqilliyinə qovuşduqdan sonra ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 mart - Azərbaycanlıların Soyqırımı Günü kimi yad olunur. Bizlərin əcdadları və ulu babalarımız günahsız yerə bir insanı öldürməyi bütün insanlığı öldürmək hesab edib və əsrlər boyu bu təfəkkürlə yaşayıblar. Lakin neçə əsrdir ki, ermənilər türkləri qanına qəltan edir, onlara qarşı soyqırımı həyata keçirirlər. ... Artıq 2013-cü ilə qədəm qoyumuşuq. Əlbəttə, bütün yazılarımızda vurğulayırıq, yenə də yazmağı lazım bilirəm. Azərbaycançılıq ideologiyası ətrafında birləşən xalqımız və dövlətimiz gündən-günə inkişaf edərək dünyanın ən mötəbər ölkələrinin sırasına qoşulub. Artıq müstəqil Azərbaycan onu hədəf almış istənilən məkrli niyyətlərin qarşısını almağa qadirdir. Bu gün Azərbaycan və onun parçası olan Naxçıvan Muxtar Respublikası sözün həqiqi mənasında, öz intibah dövrünü yaşayır: yeni sosial obyektlər istifadəyə verilir, insanların yaşayış səviyyəsi yüksəlir, bir sözlə, firavan gələcəyin əsası qoyulur. Əziz oxucular, məcmuəmızdə yer alan mövzuları maraqla gözlədiyinizi düşünərək, sizləri intizarda qoymadan yazımı yekunlaşdırıram. Növbəti saylarda görüşmək diləyi ilə! Süleyman Okumuş


4

2013-cü il Naxçıvanda "Heydәr Әliyev ili"dir Ötәn il dekabrın 22-dә dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Mәclisinin altıncı sessiyası keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Mәclisinin Sәdri Vasif Talıbov 2012-ci ildә Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları ilә әlaqәdar mәruzә edib. Ali Məclisin Sədri sessiyaya yekun vuraraq deyib ki, 2012-ci ildə muxtar respublika həyatının bütün sahələrində inkişaf təmin olunub, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində əhəmiyyətli addımlar atılıb. Bütün bunlar Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında Heydər Əliyevin quruculuq xəttinin davam etdirilməsi, bu yola sədaqət hesabına əldə olunub. Sessiyada müstəqil Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar 2013-cü il Naxçıvan Muxtar Respublikasında "Heydər Əliyev ili" elan edilib. Ali Məclisin Sədri bununla əlaqədar deyib: "Ümummilli liderimizin quruculuq konsepsiyası 2013-cü ildə - "Heydər Əliyev ili"ndə də muxtar respublikamızda inkişafın əsas hərəkətverici qüvvəsi olacaq. Biz bu yolla gedərək, muxtar respublikamızı davamlı inkişafa qovuşduraraq doğma Azərbaycanımızın inkişafına öz töhfəmizi verəcəyik". Qeyd edək ki, sessiyada "Naxçıvan Muxtar Respublikasının 2013-cü il dövlət büdcəsinin təsdiq edilməsi" və "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2013-cü il büdcəsinin təsdiq edilməsi" barədə məsələlərin müzakirəsi ilə əlaqədar nazir və komitə rəhbərləri müvafiq çıxış ediblər. Müzakirə olunan məsələlərlə əlaqədar müvafiq qanunlar qəbul olunub.

2013-cü il ümummilli lider Heydәr Əliyevin 90 illik yubileyidir


5

Naxçıvanda son 17 ildə 200 məktəb binası tikilib

Şərur rayonu Çomaxtur kənd tam orta məktəbi Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə olduğu kimi, təhsil sahəsində həyata keçirilən islahatlar onun keyfiyyətcə yüksəlməsinə səbəb olub. Son 17 ildə müasir avadanlıqlarla təchiz olunmuş 200-dən artıq məktəb binası tikilib və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Muxtar respublikada təhsil infrastrukturunun inkişafı istiqamətində ardıcıl tədbirlər görülür. Belə ki, müasir tədris vasitələri ilə təmin edilmiş məktəb binalarının tikintisi hər il diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumata görə, təkcə 2012-ci ildə Naxçıvan şəhərində 608 şagird yerlik Naxçıvan Qızlar Liseyi, 936 şagird yerlik 17 saylı tam orta məktəbi tikilib. Şərur rayonunun Yuxarı Aralıq kəndində 414, Qarxun kəndində 504, Dərəkənddə 216, Danyeri kəndində 414, Qorçulu kəndində 198, Babək rayonunun Kərimbəyli kəndində 396, Nehrəm kəndində 900, Ordubad rayonunun Behrud və Parağa kəndlərinin hər birində 110, Yuxarı Əylis kəndində 252, Culfa rayonunun Yaycı kəndində 774, Ləkətağ kəndində 144, Şahbuz rayonunun Biçənək kəndində 252, Kəngərli rayonunun Çalxanqala kəndində 378 şagird yerlik, ümumilikdə isə 6408 şagird yerlik 15 tam orta məktəb binaları istifadəyə verilib. 2013-cü ilin ilk ayında isə Şahbuz rayonu Ağbulaq kəndində 216 şagird yerlik və Ordubad rayonunun Çənnəb kəndində 198 şagird yerlik məktəb binaları kollektivin istifadəsinə verilib.

Məktəblərin maddi-texniki bazası gücləndirilib, onlarda 3183 dəst kompyuter quraşdırılıb, hər 15 şagird 1 dəst kompyuterlə təmin olunub. Kompyuterlərdən 2643-ü və ya 83 faizi internetə qoşulub. Bundan əlavə, tədrisin keyfiyyətini artırmaq məqsədilə təhsil müəssisələrində 500 elektron lövhə quraşdırılıb. Görülən işlərin nəticəsidir ki, ümumtəhsil məktəblərinin nailiyyətləri ilbəil artır. 2012-ci ildə ali məktəblərə sənəd verən məzunlardan 1834-ü və ya 52 faizi tələbə adını qazanıb. Məzunlardan 455 nəfəri isə orta ixtisas məktəblərinə qəbul olunub. Ali məktəblərə qəbul olan məzunlardan 267-si 500-700 intervalında bal toplayıb, onlardan 7-si Prezident təqaüdünə layiq görülüb. Təhsildə qazandığı yüksək nailiyyətlərə görə 3 məktəb ilin "Ən yaxşı ümumtəhsil müəssisəsi" adını qazanıb. 5 müəllim isə "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olub. Ötən il Naxçıvan Texniki Peşə və Sürücülük Məktəb Kompleksi, Şərur rayonunun Yuxarı Daşarx, Culfa şəhəri və Kəngərli rayonunun Çalxanqala kəndində uşaq musiqi məktəblərinin binalari istifadəyə verilib. Bundan başqa, Naxçıvan şəhərində 1 və 3 nömrəli, həmçinin hərbi şəhərcik ərazisində, Sədərək rayonunun Sədərək kəndində uşaq bağçaları üçün yeni binalar tikilib. 2012-ci ildə mövcud idman obyektlərinin siyahısına Naxçıvan şəhərindəki Stend və Sportinq Atıcılığı Mərkəzi, Sədərək Rayon Uşaq-Gənclər Şahmat Məktəbinin binası da əlavə olunub.


6

Naxçıvan

20 Yanvar ərəfəsində Azərbaycan xalqının tarixində faciəli bir qara ləkə, həm də cəsarət və qəhrəmanlıq rəmzi kimi qalan 1990-cı ilin 20 Yanvar günü heç də təsadüfi bir hadisə olmayıb, aylarla, bəlkə də, illərlə düşünülüb hazırlanmış hiyləgər, məkrli planların nəticəsi idi. Çoxları 20 Yanvar faciəsinin yalnız Bakıda baş verdiyini və paytaxtı əhatə etdiyini düşünür, bu haqda mətbuatda da geniş yazılarla çıxış edib həmin rəyi formalaşdırırlar. Lakin birmənalı şəkildə qəbul olunmalıdır ki, 20 Yanvar faciəsinə Naxçıvandan start verilmişdir. Danılmaz faktdır ki, erməni millətçiləri rus havadarlarının köməyinə arxalanmaqla, strateji əhəmiyyətli region olan Naxçıvan üçün dəfələrlə təhlükələr törətmiş və hücum planlarını reallaşdırmışlar. 20 Yanvar faciəsi ərəfəsində də sovet rejimi hadisələri gərginləşdirməklə ermənilərin əli ilə Naxçıvan üçün yeni təhlükəli planlar qururdu. Həmin planlar ən çox Naxçıvanın Ermənistan tərəfdən sərhəd bölgəsində yerləşən Sədərək ərazisində daha qabarıq şəkildə özünü göstərməkdə idi. Belə ki, hələ 1988-ci ildən başlayaraq Naxçıvan Muxtar Respublikasının Sədərək yaxınlığındakı Kərki ermənilər tərəfindən mühasirə vəziyyətinə salınmış, bu kəndin nəqliyyat və kommunikasiya xətləri xeyli məhdudlaşdırılmışdı. Kərki kəndinin yaxınlığından keçən Arazdəyən-Cermuk şosesi ilə gedən Ermənistan avtomaşınlarından gecələr Kərki kəndi tez-tez atəşə də tutulurdu. Artıq həmin dövrlərdə Sədərəklə Ermənistan arasındakı 7-8 kilometrlik Əjdəkan-Qaraburun dağ silsiləsinin arxasına saqqallı ermənilərin toplaşdığı,

həmin ərazilərə silah-sursat topladıqları müşahidə edilirdi. Bunun müqabilində Sədərəkdə də könüllü özünümüdafiə dəstələri yaradılır və gecələr kənd könüllüləri adi ov tüfəngləri ilə öz ocaqlarının keşiyini çəkirdilər. O zaman artıq Qarabağ hadisələri də başlanmışdı və Sovet ordusuna inam itməkdə idi. 1989-cu il dekabr ayının 30-31də Naxçıvan Muxtar Respublikasının Ordubaddan Sədərəyə qədər olan ərazisində yerli əhali tərəfindən Arazboyu sərhəd dirəklərinin sökülməsi, tikanlı məftillərin dağıdılması, Azərbaycanla Türkiyə və İran arasında sərhəd olmaması erməni fitnəkarlarını və çökməkdə olan sovet rejimini çox böyük qorxuya saldı və buna qarşı əks tədbirlər görülməyə başlandı. 1990-cı il yanvar ayının 2-də axşam Moskvadan verilən "Zaman" proqramında belə bir informasiya yayıldı: "Azərbaycanın Naxçıvan MSSR ərazisində bir qrup ekstremist İran və Türkiyə ilə Sovet sərhədlərini pozmuş, sərhəd zolağını, aparaturanı məhv etmiş, sərhədçilərə qarşı kobudluq etmiş və hədə-qorxu gəlmişlər" (Bax: "İki sahil" qəzeti, 18/I-1997, ? 3 (1962). Eyni zamanda həmin vaxtdan etibarən sovet ordusunun gücünə arxalanan ermənilər Naxçıvan sərhədlərində daha da fəallaşdı, arabir sərhəd kəndlərini atəşə tutmağa başladılar. Ağırlıq yenə Sədərəyin üzərinə düşürdü. Çünki Sədərək Ermənistana ən yaxın bölgə, eyni zamanda Naxçıvan şəhərinn 90, İrəvanın isə cəmi 6070 kilometrliyində yerləşən ərazi idi. 1990-cı il yanvarın ortalarında vəziyyət getdikcə gərginləşməkdə, Sədərək və Kərkinin üzərini qara buludlar almaqda idi. Yanvarın 13də o dövrdə direktor işlədiyim Sədərək kənd 1 saylı orta məktəbində mövcud təhlükəli vəziyyəti müzakirə etmək üçün kənd ağsaqqallarının, ziyalıların və digər nümayəndələrin iştirakı ilə geniş yığıncaq keçirdik. Bir neçə saat davam edən həmin müzakirələrdən sonra Naxçıvan Muxtar Respublikasının və Azərbaycanın o


7 vaxtkı rəhbərlərinin ünvanlarına 270 nəfərin imzaladığı müraciət göndərdik. Müraciətin son bəndi belə idi: "Biz

Sədərək və Kərki kəndlərinin azğın erməni basqınının təhlükəsi altında olduğunu və həmin kəndlərin sakinlərinin tam gərgin vəziyyətdə yaşadığını Sizin nəzərinizə çatdırmaqla bildiririk ki, 2 gün müddətində təsirli müdafiə tədbirləri görülməzsə, Sədərək və Kərki kəndləri əhalisinin təhlükəsizliyi təmin edilməzsə, baş verə biləcək bütün faciəli halların məsuliyyəti sizin üzərinizə düşür..." Kənd ziyalılarının və ağsaqqallarının mülahizələri çox dəqiq oldu. Müraciət göndəriləndən cəmi 2 gün sonra yanvarın 15-də səhər saat 4 radələrində Kərki kəndi hər tərəfdən erməni silahlı birləşmələri tərəfindən güclü hücuma məruz qaldı. Kərkinin müdafiəçiləri axşam saat 6-7 radələrinə qədər kəndi müdafiə etsələr də, sovet hərbçilərinin: "Daha biz sizi qoruya bilmirik və

...20 Yanvar faciəsindən 2 gün əvvəl - yanvarın 18də günorta radələrində erməni silahlılarının Sədərəklə Arazdəyən arasında yerləşən karantin postuna növbəti hücumu oldu. Yanvarın 19-da isə ermənilər Sədərək kəndinə vəhşicəsinə hücum etdilər. Və məhz həmin gün Sədərək top atəşinə tutuldu. Nəticədə, xeyli sayda adam yaralandı, 8 nəfər şəhid oldu. Bu xəbər muxtar respublikanın bütün rayonlarına yayıldı, əksər rayon və kəndlərdən Sədərəyə köməyə gəldilər. Sədərək müdafiə olundu, lakin gərginlik davam etməkdə idi. Məhz belə bir vaxtda - ermənilərin Sədərəyə ağır zirehli texnika ilə hücumundan bir gün sonra Bakıda 20 Yanvar faciəsi baş verdi. Sonrakı araşdırmalardan və yanvarın 19-da gecə radələrində Sədərək dağlarından tutulmuş erməni kəşfiyyatçısının dediklərindən məlum oldu ki, yanvarın 20də Bakıda qırğın törədiləcəyindən əvvəlcədən xəbərdar olan ermənilər məhz bu fürsətdən istifadə edərək ayın 18də və 19-da Sədərəyə hücum etmişdilər. Çünki onların məqsədi yanvarın 18-də Sədərəyi, 19-da və 20-də isə (20

1990-cı il Yanvarın 19-da Sədərək kəndinə ermənilərin atdığı top mərmiləri nəticəsində şəhid olan Elvin və Malik qardaşlarının dəfn mərasimi

təhlükəsizliyinizə zəmanət vermirik", - xəbərdarlığından sonra axşamüstü kəndi tərk etdilər. Kərkinin işğalı Sədərəkdə vəziyyəti daha da gərginləşdirdi. Bu, yerli əhalidə xeyli ruh düşgünlüyü yaratdı. Belə bir vəziyyət təkcə Sədərəkdə deyil, muxtar respublikanın digər sərhəd rayonlarında - Şərur, Şahbuz və Ordubadda da hiss olunurdu. Ermənilər Naxçıvana qarşı məkrli işğalçılıq niyyətlərini həyata keçirməyə hazırlaşırdılar.

Yanvar günü...) Naxçıvanı işğal etmək imiş. Buna görə də Naxçıvanda 20 Yanvar ərəfəsində baş verən proseslər 20 Yanvar faciəsinin planlı ilk səhifələri idi. Vaqif Məmmədov, Azərbaycan Yazıçılar Birliyinin və AvrasiyaYazarlar Birliyinin üzvü, tarix üzrə fəlsəfə doktoru


8

Elmə həsr olunmuş ömür Bu il Azərbaycan iqtisad elminə əvəzsiz töhfələr vermiş akademik Əhməd Mahmudovun 90 illik yubileyi tamam olur. Görkəmli iqtisadçı alim Əhməd Əkbər oğlu Mahmudov 1923-cü il may ayının 25-də Cənubi Qafqazın istedadlar məkanı olan Şahtaxtı kəndində anadan olmuşdur. 1946-1950-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. O, 1950-1954-cü illərdə Azərbaycan Elmlər Akademiyasının aspirantı olmuşdur. İstedadlı iqtisadçı daha sonra keçmiş SSRİ EA İqtisadiyyat İnstitutuna göndərilmiş, 1955-ci ildə iqtisad elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmiş və tezliklə Ali Attestasiya Komissiyasının qərarı ilə onun alimlik dərəcəsi təsdiq olunmuşdur. Əhməd müəllim 1958-ci ildən Azərbaycan EA İqtisadiyyat İnstitutunun direktor müavini, 1964-cü ildən isə bu elm ocağının direktoru vəzifəsində də çalışmışdır. O, 1967-ci ildən iqtisad elmləri doktoru, 1972ci ildən iqtisadiyyat üzrə Respublika Elmlər Akademiyasının müxbir üzvü, 1983-cü ildə isə həmin akademiyanın həqiqi üzvü - akademiki seçilmişdir. Əhməd Mahmudov 19 yaşında ikən ordu sıralarında və Böyük Vətən Müharibəsində iştirak etmiş, çoxlu orden və medallarla təltif olunmuşdur. Respublika üçün yüksək ixtisaslı elmi-pedaqoji kadrlar hazırlamaq məqsədilə rəhbərlik etdiyi Azərbaycan Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda akademik Əhməd Mahmudov iqtisad elmləri namizədi və doktorluq alimlik dərəcəsi üzrə müdafiə şurası yaratmış və ömrünün sonunadək onun sədri olmuşdur. Müəllifin 200-dən çox elmi məqaləsi, tezisi, monoqrafiya və digər elmi əsərlərinin 10-u iqtisad elminin nəzəri məsələlərinə, 77-si aqrar iqtisadiyyatının, 100-ü siyasiiqtisadi nəzəriyyənin ən aktual problemlərinə, 13-ü ümumi iqtisadi məsələlərə həsr edilmişdir. Onun əsərlərində, tədqiqat və araşdırmalarında elmi-dəyəri ilə yanaşı, praktiki əhəmiyyəti olan 85 iqtisadi təklif, eləcə də tövsiyyə işlənib hazırlanmışdır. Akademikin bu çalışmaları ölkənin sənaye, aqrar istehsal müəssisələrində tətbiq edilmiş və istehsalın səmərəliliyinin yüksəldilməsinə öz töhfəsini vermişdir. Əhməd müəllimin idarəetmə, bölgü münasibətləri ictimai istehsalın səmərəliliyinin yüksəldilməsi üzrə tədqiqat, araşdırma, təklif, tövsiyyə, habelə elmi məsələləri ölkəmizin maddi istehsal sahələrində, iqtisadi təmayüllü nazirlik və baş idarələrində həmişə özünə layiqli yer almışdır. Onu da xüsusilə vurğulamaq lazımdır ki, respublikada ilk olaraq əkinçiliyin, bütünlükdə aqrar bölmənin intensivləşdirilməsi, sosial-iqtisadi faydalılığı akademik Əhməd Mahmudovun tədqiqat və araşdırmalarında əsas yer tutmuşdur.

Akademik Əhməd Mahmudov bütövlükdə 49 il elmipedaqoji, elmi-tədqiqat və ictimai sahədə səmərəli çalışmışdır. O nəinki respublikamızda, MDB ölkələrində, həmçinin Şərqi Avropanın və Cənubi-Şərqi Asiya ölkələrində görkəmli alim, əsl yorulmaz tədqiqatçı kimi tanınmışdır. Akademik Əhməd Mahmudov respublikamızla yanaşı MDB ölkələrinin iqtisad təmayüllü elmitədqiqat müəssisələrində, ali məktəblərində yorulmaz və səmərəli fəaliyyət göstərmişdir. 7 elmlər doktorunun elmi məsləhətçisi, 15 elmlər namizədi və elmlər doktorunun rəsmi opponenti kimi çıxış etmişdir. Akademikə məhz ən böyük qiyməti də ömrünü onun inkişafına həsr etdiyi dövlətimiz vermişdir. Xan Araz mənzərəli əzəmətli diyarımız Naxçıvan şəhərinin böyük küçələrindən birinə iqtisadçı alimin adı verilmişdir. Həmçinin 1994-cü ildən Şərur şəhərində fəaliyyət göstərən Şərur Türk Liseyi 1996-cı ildən akademik Əhməd Mahmudovun adını daşıyır. Bu liseyin məzunlarının əksəriyyəti Azərbaycanın, Türkiyənin, eləcə də digər ölkələrin nüfuzlu ali məktəblərinə qəbul olur və müvəffəqiyyətlə təhsil alırlar. Liseydə təhsil alan şagirdlər indiyədək 108 medal, o cümlədən 28 qızıl, 33 gümüş və 47 bürünc medal qazanmışlar. Onu da qeyd etmək lazımdır ki, artıq altı ildir ki, Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsinin bir tələbəsi "Akademik Əhməd Mahmudov təqaüdü" alır. Təcrübəli müəllim, yorulmaz elmi-tədqiqatçı, tanınmış ictimai xadim və görkəmli iqtisadçı alimin akademik Əhməd Mahmudovun xatirəsini onun iş yoldaşları, aspirant, dissertantları, yaxın-uzaq ölkələrdə yaşayan dostları daim xatırlayır və xatirəsini əziz tuturlar. Anadan olmasının 90 illiyini qeyd etməyə hazırlaşdığımız akademik Əhməd Mahmudov respublikamızda unudulmayanların sırasında olmuş və heç vaxt unudulmayacaq. Asif İsmayıl oğlu Şirəliyev, Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsinin dekanı, iqtisad elmləri doktoru, professor


9

“Elektron sistemə keçid, oxucular üçün yeni dövrün başlanğıcıdır” Qədim tarixə və zəngin mədəniyyətə malik Naxçıvan Muxtar Respublikası Azərbaycan maarifçilik hərəkatına və kitab mədəniyyətinin inkişafına mühüm töhfələr verib. Tarixi mənbələrdən aydın olur ki, orta əsrlərdə Naxçıvanda fəaliyyət göstərən mədrəsələrdə təlim-tədris işlərinə köməklik məqsədilə kitabxanalar yaradılıb, 1837-ci ildə Naxçıvan şəhərində açılmış rus-tatar məktəbində ilk kitabxana təşkil edilib. 1922-ci ildə Azərbaycan Xalq Maarif Komissarlığı tərəfindən Naxçıvan Şəhər Kitabxanası təsis edilib, 1930-cu ildə həmin kitabxananın bazasında Naxçıvan Muxtar Respublika Kitabxanası təşkil olunub. 1953-cü ildə Naxçıvan Muxtar Respublika Kitabxanasına Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisi, böyük ədib Məmməd Səid Ordubadinin adı verilib. M. S. Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası 2007-ci ildə əsaslı təmir olunub və kompyuter sistemi ilə təhciz edilərək oxucuların istifadəsinə verilib. Kitabxanada Azərbaycan, rus, türk, ingilis, alman, fransız, fars və sair dillərində 140443 ədəbiyyat nümunələri var.


10 sözlə, yüksək mədəniyyətin bariz göstəricisi sayılan kitabxanalara dövlətimizin diqqət və qayğısı yüksək səviyyədədir. Elektron sistemə keçid, oxucular üçün də yeni dövrün başlanğıcıdır". Həmsöhbətimiz vurğuladı ki, yeni yaradılan elektron kataloq sistemi və internet saytı vasitəsilə kitabxana fondunun qeydiyyatını aparmaq, oxucuların statistikasını və maraq dairəsini müəyyən etmək, ədəbiyyat fondunu oxucu sorğusuna uyğun müəyyənləşdirmək mümkün olacaq. Onun sözlərinə görə, kitabxanada ədib və ziyalıların yubileyləri mütəmadi qeyd olunur.

Kitabxananın 20 mindən artıq üzvü var 3 dildə hazırlanmış elektron sayt da istifadəyə verilib Artıq kitabxana elektron sistemə də keçib. M. S. Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova bizimlə söhbətində bildirdi ki, oxucular bu kitabxana vasitəsilə elekton kitabxanadan da istifadə edəcəklər: "Bildiyimiz kimi, Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının 90 illik yubileyinin keçirilməsi haqqında" Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 19 aprel 2012-ci il tarixində Sərəncam imzalayıb. Həmin Sərəncamla təsdiq edilmiş "Tədbirlər Planı"nın 3-cü bəndinə uyğun olaraq Elektron Kitabxana yaradılıb. Xatırladaq ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov cənablarının iştirakı ilə kitabxananın elektron sistemi də artıq istifadəyə verilib. Beləliklə, kitabxananın bazasında yeni elektron kitabxana yaradılıb, elektron kataloq sistemi və internet sayt yaradılıb. 3 dildə hazırlanan www.e-kitab.nakhchivan.az adlı yeni internet saytı dünyadakı istənilən kitabxana ilə informasiya mübadiləsi aparmağa imkan verir. Bu günə qədər kitabxanada müxtəlif mövzulu 600 kitabın və "Şərq qapısı" qəzetinin elektron kataloqu hazırlanıb. Bundan başqa, kitabxanada ən müasir surətköçürmə aparatı və 2 elektron köşk qurulub. Surətköçürmə aparatı köhnə kitabların bərpasına imkan verir. Elektron oxu zalında isə 12 kompyuter quraşdırılıb. Bir

Aytəkin müəllimə kitabxanaya ilk dəfə müraciət edən oxucuların qeydiyyat prosesinə də toxundu. Bildirdi ki, kitabxanaya müraciət edən hər bir oxucu bir neçə dəqiqədə elektron formada qeydiyyatdan keçir və üzvlük vəsiqəsinə sahib olur: "Bundan sonra abunəçi ona verilən şəxsi parol vasitəsilə elektron informasiya köşkünə müraciət edib istənilən kitabı sifariş verə bilər. Onu da bildirim ki, hazırda kitabxanamızın ümumilikdə 21146 üzvü var, onlardan 1000 istifadəçi isə elektron formada qeydiyyatdadır". Qeyd edək ki, birinci dərəcəli dövlət əhəmiyyətli universal elmi kitabxana statusuna malik olan bu mədəniyyət ocağındakı kitabların 82 min nüsxəsini xarici dildə olan kitablar təşkil edir. Kitabxana 8 qəzet və 23 jurnala da abunədir. Hazırda kitabxananın 58 işçisi var.


11

Foto: Əli Xudiyev

Ordubadın siması ildən-ilə gözəlləşir Zəngəzur dağ silsiləsindən Ordubad rayonunun görünüşü

Ölkəmizin hər bir bölgəsində olduğu kimi, qədim yaşayış məskənlərindən olan Ordubad rayonunun da iqtisadi inkişafı sürətlə aparılır. Rayon mərkəzindən tutmuş ən ucqar kəndə qədər Ordubadın sosial iqtisadi inkişafı sürətləndirilir, yeni sosial obyektlər tikilib istifadəyə verilir.

Ordubad Su Elektrik Stansiyasının inşaası davam edir Ötən il də rayonda tikinti-abadlıq tədbirləri geniş vüsət alıb. Behrud, Parağa, Yuxarı Əylis, Çənnəb kəndlərində məktəb binaları, kənd və

xidmət mərkəzləri tikilərək, yaxud yenidən qurularaq istifadəyə verilib. 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyasının inşası, Ordubad şəhərində və Şəhriyar qəsəbəsində kanalizasiya və içməli su xətlərinin çəkilişi davam etdirilib. Hazırda “Gəmiqaya” muzeyinin inşası davam etdirilir. Əlverişli iqlim şəraitinin, bərəkətli münbit torpaqlarının olması, bu sahəyə yüksək dövlət


12 sırasına qoşulub, bu kəndlərdə yeni sosial obyektlər inşa olunub. Əsaslı şəkildə yenidən qurulan Biləv-BehrudParağa avtomobil yolu istifadəyə verilib. Ölkəmizin inkişafını şərtləndirən əsas amillərdən biri də müasir təhsil infrastrukturunun yaradılmasıdır. Ordubad rayonunun Behrud kənd tam orta məktəbi də gənc nəslə göstərilən dövlət qayğısının bir başqa nümunəsidir. Həmçinin muxtar respublikanın kənd yaşayış məntəqələrində dövlət qurumlarının fəaliyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində yeni kənd mərkəzlərinin tikilməsi artıq ənənə halını alıb. Behrudda həmçinin yeni kənd mərkəzi istifadəyə verilib. Məlumat üçün bildirək ki, 2 mərtəbədən ibarət olan Behrud Kənd Mərkəzində kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, 24 üzvü öz ətrafında birləşdirən Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, kitabxana, rabitə evi, Biləv, Behrud və Parağa kəndlərini əhatə edən polis sahə məntəqəsi, feldşer-mama məntəqəsi və 51 yerlik iclas zalı yerləşir. Onu da qeyd edək ki, ötən il Behrud və Biləv kəndlərində yeni sosialməişət mərkəzləri də inşa olunub. Xidmət mərkəzlərində bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, təsərrüfat və ərzaq mağazaları var. 10 nəfərin işlə təmin olunduğu mərkəzlərdə sakinlərə yüksək səviyyədə məişət xidməti göstərilir. Həmçinin Behrud və Biləv kəndlərində bir sıra abadlıq işləri də aparılıb, Behrud kəndində 2,2 kilometr, Biləv Polis Bölməsinə isə 850 metr içməli su xətti çəkilib, Biləv kəndinə gələn 4 kilometrlik içməli su xəttinin 2 kilometri yeni borularla əvəzlənib. Biləv və Behrud kəndlərində qışa hazırlıq tədbirləri də diqqət mərkəzində saxlanıb, 4,5 kilometr uzunluğunda müxtəlif diametrli qaz xətlərinin yeri dəyişdirilib, yeni tikililərə 925 metr uzunluğunda qaz xətti, Biləv və Behrud kəndləri arasında isə 3368 metr yeraltı fiberoptik kabel xətti çəkilib. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq, Ordubad Rayon Polis Şöbəsinin Biləv Polis Bölməsi üçün yeni xidməti bina inşa olunub.

Behrud kənd tam orta məktəbi

qayğısının göstərilməsi kənd təsərrüfatının inkişafına, rayonun torpaq potensialından səmərəli istifadəyə şərait yaradıb. Ötən müddətdə rayonda 2142 hektar taxıl əkini sahəsindən 5730 ton məhsul tədarük olunub. Kənd təsərrüfatında əkinçiliyin inkişaf etdirilməsində meliorasiya-irriqasiya işlərinin təkmilləşdirilməsi, suvarılan torpaqların su təminatının yaxşılaşdırılması mühüm əhəmiyyət kəsb edir. Ordubad şəhərində 5, Yuxarı Əylis kəndində 3, Aşağı Əylis, Gənzə və Anabad kəndlərinin hər birində bir kəhrizin təmiri başa çatdırılıb, Aşağı Əylis kəndində isə kəhrizin təmiri davam etdirilir. Ekoloji tarazlığın qorunmasında yaşıllaşdırma tədbirləri böyük əhəmiyyətə malikdir. Hər il olduğu kimi, ötən il də yaşıllaşdırma tədbirləri yüksək səviyyədə təşkil olunub. 14 min 364 ədəd meyvə, 4 min 400 ədəd meşə tingləri əkilib. Rayonda iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına əsas kapitala 49 milyon 199 min manat investisiya yönəldilib. Tikinti-quraşdırma işlərində istifadə olunmuş investisiyanın həcmi 6,6 faiz artıb. 2012-ci ildə də quruculuq ənənəsinin davamı olaraq, rayonda onlarca yeni sosial obyektlər istifadəyə verilib. Daha da dəqiqləşdirsək, ötən il ilk olaraq Ordubad rayonunun Aşağı Əylis kəndində yeni tikilən Seysmoloji Stansiyanın açılışı olub. Həmçinin "Milli dəyərlər ili"ndə, Ordubad rayonundakı Sabirkənddə yeni məscid istifadəyə verilib.

Behrud kəndində müasir obyektlər tikilib Ötən ilki quruculuqdan bəhrələnən Ordubad rayonunun Behrud və Biləv kəndləri də muxtar respublikanın müasir yaşayış məntəqələrinin


13

Quruculuqdan Yuxarı Əylis kəndinə də böyük pay düşüb Ordubad rayonunda bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq, ötən ay Yuxarı Əylis kəndində yeni sosial obyektlər istifadəyə verilib. Son illər göstərilən hərtərəfli dövlət qayğısı nəticəsində Yuxarı Əylis kəndi mavi yanacaqla tam təmin edilib, telefonlaşdırılıb, elektrik enerjisinin fasiləsiz verilişi təmin olunub. Bu gün fərdi təsərrüfatların genişləndirilməsi və kənd təsərrüfatının inkişafı üçün sakinlərə güzəştli şərtlərlə kreditlər verilir. Kənddə yaşayan 1937 nəfərdən 466-sı dövlət büdcəsindən əməkhaqqı, təqaüd və müavinət formasında vəsait alır. Yaradılan şərait və həyata keçirilən tədbirlər kənddə insanların sosial problemlərinin həllinə səbəb olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Yuxarı Əylis kənd tam orta məktəbinin binasının əsaslı yenidənqurmadan sonra istifadəyə verilmə mərasimindəki çıxışında ulu öndər Heydər Əliyevin "Cəmiyyət haradan olursa-olsun, nədən olursaolsun, kəsib təhsilə xərcləməli, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir" fikrini xatırladaraq deyib: "Ölkəmizdə ümummilli liderimizin siyasi kursunun uğurla davam etdirilməsi nəticəsində bütün sahələrdə inkişafa nail olunub, tikinti-quruculuq işlərinin həcmi genişləndirilib. Həyata keçirilən tikinti-quruculuq işləri çərçivəsində məktəb binalarının tikilməsinə, gələcəyimiz olan gənclər üçün müasir tədris şəraitinin yaradılmasına xüsusi diqqət yetirilir. İstifadəyə verilən Yuxarı Əylis kənd tam orta məktəbinin yeni binası da ulu öndərimizin müəyyənləşdirdiyi uğurlu təhsil quruculuğu strategiyasının, ölkəmizdə gənclərin hərtərəfli inkişafına göstərilən dövlət qayğısının bəhYuxarı Əylis kəndi

rəsidir". Qeyd edək ki, müasir tələblər səviyyəsində tikilən Yuxarı Əylis kənd tam orta məktəbi 252 şagird yerlikdir.

"Azərbaycanın incisi"nin iqtisadi potensialı daha da artacaq Muxtar respublikanın kənd yaşayış məntəqələrində idarəetmənin səmərəli təşkili istiqamətində ardıcıl tədbirlər görülür, yeni kənd mərkəzləri tikilir. Son 17 ildə muxtar respublikada 80 kənd mərkəzi tikilərək istifadəyə verilib. Bu tədbirlərin davamı olaraq, Yuxarı Əylis Kənd Mərkəzi yeni fəaliyyətə başlamasına baxmayaraq, kənd əhalisinə yüksək xidmət göstərir. Həmçinin Yuxarı Əylis kəndində aparılan kompleks quruculuq işləri çərçivəsində yeni xidmət mərkəzi tikilib. Mərkəzdə ərzaq və təsərrüfat mallarının satışı üçün 2 mağaza, ət satışı yeri, bərbərxana və qadın gözəllik salonu fəaliyyət göstərir. Eyni zamanda Yuxarı Əylis kəndində xəstəxanatipli yeni həkim ambulatoriyası da istifadəyə verilib. Yuxarı Əylis kəndində yeni həkim ambulatoriyasının tikilməsi də ölkəmizdə uğurla həyata keçirilən səhiyyə islahatlarının daha bir nümunəsidir. Həkim ambulatoriyasının binasında tibb işçiləri üçün 9 otaq ayrılıb. Bəli, Ordubad rayonu muxtar respublikanın yüksək iqtisadi potensiala malik olan rayonlarından biridir. İnanırıq ki, ümummilli liderimizin "Azərbaycanın incisi" adlandırdığı Ordubad rayonunun iqtisadi potensialı gələcəkdə daha da özünü bariz şəkildə büruzə verəcək.


14

“Naxçıvan Sement” inşaatda öz sözünü deyir

Son illәr Naxçıvan Muxtar Respublikasında yenidәnqurma vә tikinti işlәri geniş vüsәt aldığından inşaat materiallarına da tәlәbat getdikcә artır. Bu baxımdan ötәn ilin may ayında Prezident İlham Əliyevin iştirakı ilә istifadәyә verilmiş sement zavodu mühüm әhәmiyyәt daşıyır. Qeyd edәk ki, müәssisәnin inşaası mәqsәdilә mütәxәssislәr әvvәlcә tәbii sәrvәtlәrlә zәngin olan muxtar respublikada sement istehsalı üçün xammal mәnbәlәrinin müәyyәn edilmәsi mәqsәdilә geoloji axtarış işlәrinә başlayıb. Müvafiq yataqlar aşkar olunduqdan vә xammalın tәrkibi öyrәnildikdәn sonra Kәngәrli rayonunda 150,6 hektar әrazidә yeni sement zavodu tikilibdir. Nәticәdә son 20 ildә muxtar respublikada investisiya qoyuluşuna görә әn böyük layihәlәrdәn biri reallaşdırılıb. Qeyd edәk ki, zavod әn müasir standartlara cavab verir. “Naxçıvan Sement” Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinin (MMC) mәhsulları muxtar respublikada inşaat sektorunun tәlәbatını tam ödәmәklә yanaşı, xarici bazarlara da ixrac olunur.


15 “Naxçıvan Sement” MMC-dәn verilәn mәlumata görә,18 әsas istehsal sahәsindәn ibarәt olan müәssisәdә әn müasir avadanlıq quraşdırılıb. Tam gücü ilә işlәyәn müәssisәdә üç növbәdә 210 nәfәr daimi işlә tәmin olunub. Müәssisәnin gündәlik sement istehsalı gücü 800 tondur. Konveyer üsulu ilә işlәyәn zavodda texnoloji proseslәrә ciddi әmәl olunur. Burada sement quru üsulla istehsal edilir. Qeyd edәk ki, regionda bu son texnologiya çox az müәssisәdә tәtbiq olunur. Hәmçinin burada istehsal edilәn sement keyfiyyәtinә görә muxtar respublikaya idxal olunan müvafiq mәhsuldan dәfәlәrlә üstündür. Quru üsulla sement istehsalı zavodda yanacaq sәrfini dә minimuma endirir. Müәssisәdә istifadә edilәn bütün xammal növlәri vә qatqılar, o cümlәdәn әhәng daşı, dәmirli gil, kvars, gips muxtar respublikanın Kәngәrli, Şәrur vә Babәk rayonlarındakı mәdәnlәrdәn әldә edilir. Zavoda daxil olan xammal müxtәlif mәrhәlәlәrdәn keçәrәk kiçik ölçülәrdә doğranır vә qarışıqlarla birlikdә 1400–1600 dәrәcә istidә bişirilir. Hazır mәhsul sonrakı mәrhәlәdә üyüdülüb 50 kiloqramlıq kisәlәrdә qablaşdırılaraq satışa çıxarılır. Zavodun mәhsulları Avropa tәlәblәrinә uyğun “CE” keyfiyyәt nişanına layiq görülüb. Zavodda istehsal xәttinә daxil olan xammal, qatqı maddәlәri, istehsal edilәn klinkerin, se-

mentin fiziki vә kimyәvi keyfiyyәtinә nәzarәt müasir avadanlıqla tәchiz olunmuş laboratoriyada hәyata keçirilir. Bununla yanaşı, saatda bir dәfә istehsal xәttindәn nümunәlәr alınaraq kimyәvi, fiziki vә mexaniki analizlәr aparılır. Hәmin analizlәrin nәticәlәri zavodun arxivindә saxlanılmaqla yanaşı, istehlakçılara da tәqdim olunur. Zavodun yüksәk keyfiyyәti ilә seçilәn mәhsulları Bakıda, ölkәmizin rayonlarında vә Gürcüstanda satışa çıxarılıb. Gәlәcәkdә qonşu ölkәlәrә dә satışı nәzәrdә tutulur. Yaxın vaxtlarda isә müәssisәdә yeni növ mәhsulların istehsalı, elәcә dә yerli vә beynәlxalq keyfiyyәt sertifikatlarının alınması nәzәrdә tutulur. Müәssisәnin elektrik enerjisi ilә etibarlı tәchizatı üçün ayrıca 110-35-10 kilovoltluq yarımstansiya quraşdırılıb. Naxçıvan-Sәdәrәk magistralından zavoda iki kilometr uzunluğunda asfalt-beton örtüklü yeni avtomobil yolu çәkilib. Zavodun әtrafında geniş abadlıq vә yaşıllaşdırma işlәri görülüb, 12 hektar әrazidә 18 mindәn çox müxtәlif növ ağac әkilib. Müәssisәnin әtraf mühitә mәnfi tәsirinin azaldılması da diqqәt mәrkәzindә saxlanılıb, burada dünya standartlarına cavab verәn müvafiq avadanlıq quraşdırılıb.


16

"İstedadı olmayanı heç bir qüvvə sənətkar edə bilməz"

Sabir Məmmədov Naxçıvanın sənət aləmində öz dəst-xətti ilə tanınan sənətkarlardandır. Azərbaycan Rəssamlar İttifaqının və Naxçıvan Rəssamlar Birliyinin üzvü olan bu sənətkar rəssamlıqla yanaşı, mis üzərində döymə sənətinin də kamil ustasıdır. Onun yaradıcılığında milli adət-ənənələrimizi özündə ehtiva edən əsərlər üstünlük təşkil edir. Dediyinə görə, xalqımıza aid olan milli dəyərlərə öz əl işlərində can verməkdən xüsusi ləzzət alır. Sabir müəllimlə söhbətimizdə bizi və oxucularımızı maraqlandıran bəzi mətləblərə aydınlıq gətirməyə çalışdıq. - Sabir müəllim, mis üzərində döymə sənətini necə öyrəndiniz? - Bəri başdan deyim ki, bizim ailəmizdə əl işlərinə hər zaman rəğbət olub. Nənəm saylılıb-seçilən xalçaçılardan olub. Atam isə heykəltəraş kimi fəaliyyət göstərib. İndiki kimi yadımdadır. Həmişə atamın emalatxanasına gələndə orada balaca daşlardan müxtəlif fiqurlar düzəldərdim. Hətta əl işlərim müxtəlif sərgilərdə yer tutardı. O ki qaldı mis üzərində döyməyə... Bu sənətlə Tiflisdə hərbi xidmətdə olarkən məşğul olmağa başlamışam. Yeri gəlmişkən, Gürcüstanın paytaxtında mənim də əl işlərimə rast gəlmək mümkündür. - Eşitdiyimə görə, Naxçıvanda ilk dəfə bu sənətlə məşğul olan şəxs də siz olmusunuz... - Elədir. - Sabir müəllim, siz həm də rəssamsınız... - Amma camaat arasında rəssam kimi deyil,

misgər kimi tanınıram. Məlumat üçün bildirim ki, gənc yaşlarımdan rəssam kimi fəaliyyət göstərmişəm. Hazırda atelyemdə ən köhnə rəsm əsərim 1972-ci ildə yağlı boya ilə işlədiyim "İlanla döyüş"dür. Elə indi də rəssamlıqdan daha çox özümü ifadə vasitəsi kimi istifadə edirəm. Yəni öz duyğularımı rənglərin dili ilə sənətsevərlərə çatdımağa çalışıram. - Bəs sizi digər rəssamlardan fərqləndirən cəhət nədir? - Fikrimcə, bu sualı mənim əsərlərimlə daha yaxından tanış olan sənətsevərlərə ünvanlamaq doğru olardı. Mən isə bu barədə yalnız onu deyə bilərəm ki, rəssamlığın bütün üslublarında əsərlər ərsəyə gətirirəm. Yəni mənim üçün bu sənət aləmində sərhəd yoxdur. Hə, yadıma düşmüşkən, mən həm də musiqi həvəskarıyam. Bəlkə də, elə bu həvəsdəndir ki, hərdən musiqi alətləri də hazırlayıram.


İlanlı dağ - Yaradıcılığından ilham aldığınız şəxslər olubmu? - Təbii ki, olub. Mənim fikrimcə, yaradıcı insanın kimdənsə ilham almaması mümkün deyil. Mikayıl Abdullayev və Van Qoq mənim pərəstiş etdiyim sənətkarlardır. Onu da deyim ki, rəssamlıqda kimdənsə ilham almaq yetərli deyil. Fikrimcə, insanın ən əsas ilham mənbəyi, qaynağı elə onun özü olmalıdır. Yəni bu və ya digər sənətdə qabiliyyət, bacarıq, istedad əsas rol oynayır. İstedadı, qabiliyyəti olmayan bir kəsi heç bir qüvvə sənətkar edə bilməz. - Daha çox hansı mövzulara müraciət edirsiniz? - İstər rəsm, istər misgərlik sənətimdə milli adətənənlərimizi özündə ehtiva edən əsərlər üstünlük təşkil edir. Əgər belə demək mümkünsə, qədim el adətlərimiz, qəhrəmanlarımız məni həmiş ovsunlayıb. Mən də çalışmışam ki, bu sehrdən hamını düşündürə biləcək formada çıxım. Hələ 40 il öncə "Dədə Qorqud" əsəri üzərində çalışarkən bunun nə qədər məsuliyyətli bir iş olduğunun da fərqində idim. Çox şükür ki, bu kimi sənət imtahanlarından uğurla çıxmağı bacardım. Bir sözlə, mənim missiyam xalqımıza aid olan milli dəyərlərə öz əl işlərimlə can verməkdən ibarətdir. Bu düşüncələrlə işlədiyim sonuncu rəsm əsərim "Toy"dur. Bu əsərdə Naxçıvanın qədim toy adət-ənənələri yer alıb. Yeri gəlmişkən, bu mövzuya ikinci dəfə müraciət etmək məcburiyyətində qaldım. Birinci dəfə çəkdiyim "Toy" 2006-cı ildə Ukraynanin paytaxtı Kiyev şəhərində təşkil olunmuş fərdi sərgimdə satılıb. O satılandan sonra mənə elə gəldi ki, atelyemdəki kolleksiyam sanki yarımçıqdır. Odur ki, yenidən "Toy"u işlədim. - Bir əsər üzərində neçə gün işləyirsiniz? - Bu kriteryalar əsərə, onun məzmununa görə dəyişir. Ümumiyyətlə, üzərində insan surətləri olan əsərlərin işlənməsi daha çox vaxt tələb edir. - Döymə sənətininin incəliklərini öyrənmək istəyən şagirdləriniz varmı? - Şagirdlərim yoxdur. Ancaq çalışdığım müəssisədə məndən bu sənətin sirlərini öyrənənlər var. Övladlarımdan isə heç biri bu yolun yolçusu olmaq istəmir. Di gəl, nəvələrimin bu sənətə maraqları çoxdur. Hətta onlar azyaşlı olmalarına baxmayaraq, bir çox müasir ornamentləri məndən yaxşı işləyirlər.

Məmmədov Sabir Duman oğlu 1954 -cü ilin sentyabrın 9-da Babək rayonu Nəzərəbad kəndində dünyaya göz açıb. 1972ci ildə Bakı Rəssamlıq məktəbinə daxil olub. 1976-cı ildə Naxçıvanda ilk dəfə olaraq Azərbaycan Yerli Sənaye Nazirliyinin nəzdində olan Naxçivan Yerli Sənaye Kombinatinda mis üzərində döymə sexini açıb. Sabir Məmmədovun eskizləri əsasında milli döymə işləri 8 il ərzində istehsal olunub keçmiç sovetlər birliyinin mərkəzi şəhərlərində satışa buraxılıb. Elə o ildən Naxçıvan Rəssamlar İttifaqının təşkil etdiyi sərgilərdə müntəzəm iştirak edir. O cümlədən, Rusiyada, İranda, Türkiyədə keçirilən sərgilərin fəal iştirakçısı olub.

Toy

Misgərlik nümunələri

Dədə Qorqud


18 Naxçıvan Dövlət Film Fondu Naxçıvan Muxtar Respublikası Rayonlararası Kinoprokat İdarəsinin bazasında Azərbaycan Dövlət Film Fondunun Naxçıvan filialı kimi 2000-ci ildə yaradılıb. Ölkə başçısının sərəncamı ilə ona arxiv statusu verilib. 2006-cı ildən Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində müstəqil idarə kimi fəaliyyət göstərir. 2009cu ildən yeni binaya köçüb. Hazırda Heydər Əliyev adına Mədəniyyət Sarayında yerləşən fondda müasir iş şəraiti yaradılıb, yeni avadanlıqlar quraşdırılıb. Naxçıvan Dövlət Film Fondunun fəaliyyəti ilə yaxından tanış olmaq məqsədilə bu sənət ocağına üz tutduq. Binaya daxil olanda tarix ilə müasirliyin vəhdətinin birləşdiyi bir məkana düşdüyümüzü hiss etdik. Diqqətimizi ilk cəlb edən müxtəlif metrajlı kamera və və digər kino avadanlıqları oldu. Kino tariximizi əhatə edən fotoşəkillərin xronoloji ardıcıllığı da diqqətimizdən yayınmadı. Burada milli kinomuzun əsasını qoymuş sənətkarlardan tutmuş orta və gənc nəslin nümayəndələrinin şəkillərini görmək mümkündür. Fonddakı bir ekspozisiyanı isə Naxçıvanda boya-başa çatmış kino sənətkarlarımızın fotoşəkilləri bəzəyir. Naxçıvan Dövlət Film Fondunda ümummilli lider Heydər Əliyevin xatirə otağı da var. Bu otaqda ümummilli liderin həyat və yaradıcılığından bəhs edən kitablar, albomlar və DVD-lər sərgilənir. Buraya gələn tamaşaçıların videokaset və DVDdən istifadə edə bilmələri üçün otaqda televizor da qoyulub. Fondun kinomexaniki, 77 yaşlı Abbas Novruzovla söhbətdən aydın oldu ki, bu məkanda 77 yerlik kino zalı da seyrçilərin ixtiyarındadır: "Burada hər cür formatda filmlərin nümayişinə imkan var". Daha sonra o qeyd etdi ki, bu zalda məktəblilər üçün Azərbaycan filmlərinin nümayişi keçirilir. Həmçinin bir çox tanınmış şəxslərin yubiley və anım tarixlərində onların həyatlarından bəhs

edən sənədli filmlər də nümayiş olunur. Fond arxivində lentlər xüsusi ayrılmış müxtəlif ölçülü otaqlarda saxlanılır. Fondun aparıcı mütəxəssisi Səriyyə Rüstəmovanın verdiyi məlumata görə, burada ümumilikdə 5 otaqda 4670 adda film mühafizə olunur. Bunlardan da 240-ı bədii, 82-si animasiya, 446-sı isə sənədli Azərbaycan filmləridir. Fondda ümumilikdə 3892 xarici film də mühafizə olunur. Ümumilikdə isə burada 6000 film saxlamaq imkanı var. Qeyd edək ki, fondun arxiv müntəzəm yenilənir. Son zamanlar "Qala", "Girov", "Onun ürəyi", "İlahi məxluq" və s. kimi yeni filmlər fonda daxil olunub. Fondun montaj otağında müxtəlif formatda olan filmlərin DVD və videokasetlərə birbaşa köçürülməsi prosesisini də izlədik. Onu da qeyd edək ki, filmlərin DVD və videokasetlərə köçürülməsi üçün yeni avadanlıqlar quraşdırılıb. Fondun kitabxanası da var. Burada kino sənətini əhatə edən kitablar, eləcə də onlarca filmin ssenarisi, bədii filmlərə aid müxtəlif sənədlər, yüzlərcə fotoşəkil mühafizə olunur.

Fondun maraqlı muzeyi Naxçıvan Dövlət Film Fondunda ən maraqlı məkan Kino muzeyidir. Burada milli filmlərimizin


19

Milli filml я rimizin canl ы muzeyi çəkilişlərində istifadə olunan libaslar, silahlar, məişət əşyaları, musiqi alətləri və s. mühafizə olunur. Maraqlı burasıdır ki, nümayiş etdirilən eksponat hansı filmdə istifadə olunubsa, fotoşəkildə də təsdiqini tapıb. Bir sözlə, muzeydə nümayiş olunan ekspozisiya olduqca maraqlıdır. Bu mənada burada müxtəlif filmlərin çəkilişləri zamanı istifadə olunmuş əşyalara - hambalın palanına ("O olmasın, bu olsun"), qılınc və qalxana ("Babək"), Cahandar ağanın yapıncısına ("Dəli Kür"), mücrüyə ("Bir qalanın sirri"), pioner paltarına, ka-

meraya ("Sehrli xalat"), patefona ("Arşın mal alan"), çarıqlara ("Kəndlilər və Səbuhi"), kömürlə qızan ütüyə ("O qızı tapın"), tankçı papağına ("Sizi dünyalar qədər sevirdim") maraqla tamaşa etməmək mümkün deyil. Onu da qeyd edək ki, hazırda muzeydə 177 adda, 250-dən çox eksponant mühafizə olunur. Abbas kişinin sözlərinə görə, bu muzey fondun mərhum direktoru Əbülfəz müəllimin şəxsi təşəbbüsü və səyi ilə təşkil olunub.


20

Naxчыvanlыlarыn milli geyimlяri Bu günümüzə qədər gəlib çatan milli geyimlərimizin tarixi çox qədimdir. İndi milli geyimlərimizi bayramlarda və müxtəlif tədbirlərdə görsək də, yüz il öncə onlari nənə-babalarımızın geyindiklərini unutmamalıyıq. Bəs mədəniyyətimizin tərkib hissəsi olan həmin milli geyimlər hansılardır? Tədqiqatçıların qənaətinə görə, XIX əsrdə Naxçıvan bölgəsində qadın geyimləri əsasən tafta, mahud, mitqal, bez, bəyaz qanavuz, darayı, zərbaf, atlas, xara, məxmər, tirmə və s. parçalardan tikilirdi. Qadın üst geyimləri içərisində çəpkənlər xüsusi yer tuturdu. Ləbbadə də çəpkən kimi üst geyim növlərinə aiddir. Bunlar çəpkənlərdən qollarının geniş və qısa olması ilə fərqlənirdi. Naxçıvan qadınları arxalığın xüsusi növü olan küləcələrdən də geniş istifadə edirlərmiş.

Ləbbadə (XIX əsr)

Geyim dəstinin elementləri güllü parçadan tikilirdi Naxçıvanın qədim qadın geyimlərində, adətən, innabı, yaşıl, gümüşü rənglərə üstünlük verilirdi. Geyim dəstindəki rənglər ən kiçik detallara qədər dəqiqliklə və uyğun çalarlarda seçilirdi. Geyim dəstinin ayrı-ayrı elementləri güllü parçadan tikilirdi. Muncuqlu tikmə texnikasından istifadə edilərkən, əsasən, nəbati naxışlar işlədilirdi. Köynək və tumanın biçimi və tikiş texnologiyası başqa zonalarda olduğu kimi idi. Təkcə arxalıq öz forması ilə nisbətən fərqlənirdi. Arxalığın yaxa kəsiyi çəpkəndə olduğu kimi idi. Arxalıq uzun olarsa, (buna küləcə deyilir) beldən kəsik, qısa olarsa, çəpkən kimi bütün kəsilir, amma bu zaman yanlarında kəsik və parça çıxıntısı qoyulurdu. Uzunqollu, qolçaqlı arxalıqların ön yaxası bir-birindən xeyli aralı olurdu ki, bu arxalığı da zəngin sinəbəndlər, sərmələr, gərdənliklər tamamlayırdı. Zəngin xanımların sinə bəzəkləri çənədən belə qədər düzülürdü. Soyuq havalarda arxalığın qolunun düymələri bağlanır, üstündən küləcə geyilirdi. Qolça, maneə olmasın deyə, biləkdən üstə qatlanırdı. Elə buna görə də, qolçaq astar hissədə çox bəzəkli tikilirdi. Bəzək üçün müxtəlif tikmə texnikalarından (güləbətin tikmə, məlimə, bafta, zəncirə, qaragöz, sərmə, muncuqlu tikmə, piləkli doldurma və s.) istifadə edilirdi. Naxçıvanda qadınlar 2 yaylıqdan istifadə edirdilər. İmkanlı ailələrdə isə alt yaylığı araqçın əvəz edirdi. Sadə ailələrdə başa bağlanan qəşbəndin (çarqatın) üstündən kəlağayı bağlanırdı.


21

Küləcə (XIX əsr)

Qadın üst geymi. Məxmər arxalıq (XIX əsr)

Çuxa əsas kişi üst geyimlərindən biri olub Kişi geyimləri əsasən aşağıdakılardan ibarət olurdu: alt patları (can köynəyi, tuman, dizlik): üst geyimləri (şalvar, çuxa, arxalıq, əba); baş geyimləri (papa, araqçın, əmmamə); ayaq geyimləri (ayaqqabı, corablar, sağrılar); kəmərlər (qurşaq, şal, kəmər, toqqa, qayış). Kişi geyimlərindən olan arxalıqlardan 1920-ci illərədək el arasında geniş istifadə olunurdu. Arxalığın qabaq tərəfi pəncək kimi açıq olardı. Çuxa əsas kişi üst geyimlərindən biri olub. Belə qədər kip və astarlı, ətəyi büzməli, yaxud qırçınlı tikilirdi. Kişi baş geyimləri müxtəlif biçimli olub. Əsasən dəridən hazırlanıb. Yapıncı maldar əhali və

Kələğayı (XIX əsr)

Arxalıq kişi üst geyimi (XIX əsr)

çobanlar arasında geniş şəkildə istifadə olunan geyim növü idi. Maldar əhali və çobanlar arasında geniş yayılmış yapıncının saçaqlı və saçaqsız, ağ və qara rəngli növləri olub. Yapıncı geyim növü isə tikişli və tikişsiz növlərə ayrılırdı. Tikişsiz yapıncılar daha qiymətli hesab edilirdi. Ağ rəngli, saçaqlı və tikişsiz yapıncılardan, əsasən, yüksək zümrə istifadə edirdi. Yun corablar da geniş yayılmış geyimlərdəndir. Əsasən ipək və yun saplardan toxunur. Ayaqqabılara gəlincə, qadınlar üzü tikməli və ya uzun boğazı olan tikməli çəkmələr də geyiblər. Aşılanmış və xam göndən hazırlanmış kişi ayaqqabıları, adətən, birrəngli və naxışsız olub. Şəhərlərdə kişilər daha çox başmaq və nəleyin, kənd yerlərində isə xam göndən tikilən çarıq geyiblər.

Çəpkən (XIX əsr)

Kişi üst geyimi. Məxmər arxalıq (XIX əsr)


22 İqtisadiyyatın aparıcı sahələrindən olan kənd təsərrüfatı, inkişafın təmin edilməsi, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində, gəlirlərin həcminin artırılmasında, rifah halının yaxşılaşdırılmasında, ərzaq təhlükəsizliyinin təmin edilməsində müstəsna əhəmiyyətə malikdir. Kənd təsərrüfatında əl əməyinin yüngülləşdirilməsinə və məhsulun maya dəyərinin aşağı salınmasına imkan yaradan texnika ilə təchizatı yaxşılaşdırmaq məqsədilə 2005-ci ildə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti (ASC) yaradılıb, sonrakı illərdə bu qurumun rayon bazaları fəaliyyətə başlayıb və onların yüksək keyfiyyətlə xidmət göstərmələri üçün digər tədbirlər

edilib, meyvə bağlarından 42 min ton, üzüm bağlarından 14457,2 ton məhsul götürülübdür. Ötən il 5450 nəfər torpaq mülkiyyətçisinə 3950 ton və ya 1 milyon 460 min 49 manatlıq mineral gübrə yardım olaraq verilib. 2012-ci ilin yazında əkilmiş əkinlər üçün yanacaq-sürtgü yağlarına görə hər hektara 40 manat olmaqla, 3048 nəfər torpaq mülkiyyətçisinə 921 min 465 manat yardım verilibdir. Bitkiçiliklə yanaşı heyvandarlığın da inkişafı diqqətdən kənarda qalmayıb. Kənd təsərrüfatının mühüm sahələrindən biri olan heyvandarlıq sahəsində də işlər davam etdirilib. Həyata keçirilən

Ötən il kənd təsərrüfatı üçün xeyli uğurlu olub görülüb. Fəaliyyətə başladığı 2005-ci ildən bu günədək “Naxçıvan Aqrolizinq” ASC xətti ilə muxtar respublikaya 778 ədəd müxtəlif təyinatlı texnika, 1070 baş damazlıq mal-qara, 26 min tondan çox mineral gübrə gətirilərək məhsul istehsalçılarına verilib. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, ötən il kənd təsərrüfatında ümumi daxili məhsulun həcmində xeyli artım müşahidə olunubdur. Həmçinin “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası da muxtar respublika kənd təsərrüfatının inkişafına daha da güclü təkan verib. Bütün bu islahatların müsbət nəticəsi kimi ötən il Naxçıvanın kənd təsərrüfatı üçün xeyli düşərli olub. Belə ki, 1 dekabr 2012-ci il tarixə əkilmiş 37066 hektar payızlıq və yazlıq dənli və dənli-paxlalı bitkilər sahəsindən 108309 ton, 845 hektar dən üçün qarğıdalı sahəsindən 3382 ton, 256 hektar dən üçün günəbaxan sahəsindən 677,8 ton, 2831 hektar kartof sahəsindən 39440,4 ton, 6093 hektar tərəvəz sahəsindən 65809,2 ton, 2938 hektar bostan məhsulları sahəsindən 41791,1 ton məhsul tədarük

tədbirlər hesabına 1 oktyabr 2012-ci il tarixə muxtar respublika üzrə iribuynuzlu malların baş sayı 106264 baş, xırdabuynuzlu heyvanların sayı 646177 baş olubdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə 1395 baş iribuynuzlu mal, 9044 baş xırdabuynuzlu heyvan sayısında artım olub. Bununla yanaşı, muxtar respublikaya 1351 baş, o cümlədən 2012-ci ildə 321 baş müxtəlif cinslərdən olan düyələr gətirilib. Əhalinin quş əti və yumurtaya olan tələbatının ödənilməsi məqsədilə son illər quşçuluğun inkişafına da xüsusi diqqət yetirilib, yeni quşçuluq təsərrüfatlarının yaradılması üçün müvafiq işlər həyata keçirilib. Bu sahə ilə məşğul olan sahibkarlara 2 milyon manatdan çox kreditlər verilib, 9 yeni quşçuluq təsərrüfatı fəaliyyətə başlayıbdır. Beləliklə, son illərdə istifadəyə verilən quşçuluq təsərrüfatlarının sayı 46-ya çatıbdır. İstehsal gücü saatda 10 ton olan yeni qüvvəli yem istehsalı sahəsinin fəaliyyətə başlaması isə istər heyvandarlığın, istərsə də quşçuluğun inkişafına öz təsirini göstərəcəkdir.


23

Aьыzlarы lяzzяtя gяtirяn “Lяzzяt Qida Sяnaye” MMC 1998-ci ildə təsis edilmiş "Ləzzət Qida Sənaye" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) qida məhsullarının idxalı, istehsalı, emalı ilə məşğuldur. Müştərilərinə günün tələbləri səviyyəsində xidmət göstərən bu müəssisənin aktiv fəaliyyət göstərən şəkər sexində dünya standartlarına uyğun texnoloji avadanlıqar vasitəsi ilə müxtəlif çəkilərdə (0.15 kq, 0.2 kq, 0.75 kq, 0.9 kq, 1.9 kq, 4.7 kq, 25 kq, 40 kq) doğranmış və kəllə qənd (0.18 kq, 0.8 kq, 5 kq) istehsal olunur.

2007-ci ildə "Ləzzət Qida Sənaye" Məhdud Məsuliyyətli Cəmiyyətində kənd təsərrüfatı məhsullarının təmizlənməsi, ələnməsi, qovrulması və qablaşdırılması sexi istifadəyə verilib. Bu sexin istifadəyə verilməsi aqrar sektora da müsbət təsirini göstərib. Belə ki, istehsal olunan məhsulun xammalının yerli məhsul olmasına üstünlük verilir. "Ləzzət Qida Sənaye" MMC zamanla istehsal gücünü və fəaliyyət sahəsini artırıb. Hazırda burada 21 adda və 62 çeşiddə məhsul istehsal olunur. "Ləzzət Qida Sənaye" MMC istehsalın modernləşdirilməsinə də ciddi fikir verir. Belə ki, məhsulun dizaynını və qablaşdırılmasının estetik tərtibatı da həmişə diqqət mərkəzində olur. 2010-cu ildə "Ləzzət Qida Sənaye" MMC-in nəzdində yeni fabrika "Ləzzət Biskvit və Şokolad Fabriki" MMC təsis olunub. Qeyd edək ki, bu müəssisə əhalinin vafli məhsullarına olan tələbatını ödəmək məqsədi ilə yaradılmış yeni istehsal qurumlarından biridir. Müəssisədə bananlı, almalı, südlü, çiyələkli, kakaolu tərkibdə çəkisi 15 qramdan 290 qrama qədər olan vafli məhsulları istehsal olunur. Dünya standartlarına cavab verən avadanlıqlarla təmin edilmiş müəssisənin istehsal gücü saatda 300 kiloqram təşkil edir.

Müəssisədə bütün gigiyenik qaydalara əməl olunur. Məhsulların fiziki, kimyəvi və bakteroloji analizlərinin aparılması üçün fabrikin müasir avadanlıqlarla təchiz edilmiş xüsusi laboratoriyası fəaliyyət göstərir ki, bu da məhsulların yüksək keyfiyyətinə təminat verir. Təbii ki, istehsal olunan məhsulların gigiyenik və uyğunluq sertifikatları da mövcuddur. Bir sözlə, fabrikin təklif etdiyi bütün məhsullar rəqabət qabiliyyətli yüksək keyfiyyətə malikdir. Məhsulun keyfiyyəti və istehlakçıların maraqlarının təmini bu müəssisənin başlıca devizidir. Bu müəssisənin yaradılması nəticəsində 35 yeni iş yeri açılıb. Müəssisədə çalışan işçilərin sosial hüquqlarının qorunması üçün hərtərəfli şərait yaradılıb. Bu da işçilərin daha yaxşı əhvalruhiyyədə işləmələrinə şərait yaradır. İstehsal olunan məhsulların ticarət obyektlərinə çatdırılması üçün müəssisədə xüsusi servis xidməti fəaliyyət göstərir. Müəssisənin gələcək planları isə bunlardır: istehsal olunan məhsullarını xarici ölkələrə ixracı, Muxtar Respublikada sahibkarlar üçün yaradılan münbit şəraitdən maksimum dərəcədə faydalanmaq, həyata keçiriləcək yeni layihələrdə daha yaxından iştirak etmək.


1947 'dən bəri Adıyla və Dadıyla

Naxçıvan şəhəri Ə. Əliyev küçəsi, no-2 Tel : (+994 36) 540 04 25/26/27


25


26

"21 dekabr"da olmadı, bəs Qiyamət nə vaxt qopacaq?! Gözlərimizlə gördüyümüz, yoxdan var edilən bu kainatın mütləq bir başlanğıcı var. Başlanğıcı olan hər şeyin bir sonu olduğuna görə, bu aləmin də bir sonu olmalıdır. İnsanoğlunu ən çox maraqlandıran suallardan biri də məhz dünyanın sonunun nə vaxt olacağıdır. Məlum olduğu kimi, bu barədə bir çox qiyamət ssenariləri yazılır. Ötən ay dünyada və ölkəmizdə Maya təqvimini dünyanın sonu olaraq yozan minlərlə insan qiyamətə "hazırlaşaraq" çoxlu miqdarda ərzaq və şam tədarükü etmişdilər. Əlbəttə, qiyamətin nə zaman qopacağını Allahdan başqa heç kim bilmir, ancaq Yaradanın peyğəmbəri vasitəsilə insanlara söylədiyi bəzi əlamətləri vardır ki, məhz o hadisələrin zühur etməsi qiyamətin yaxınlaşmasına işarədir.

"Qiyamət əlamətləri " İstər "Quran-ı Kərim"ə, istərsə də Hz. Peyğəmbərin (s.a.v) bəyanlarına baxanda başda qiyamətin əlamətləri olmaqla, insanların o dövrə yaxın əhvalı və qarşılaşacaqları hadisələr ilə əlaqədar bir çox məlumat əldə etmək mümkündür. "Onlar özlərinə saatın (qiyamətin qopmasını) qəflətən gəlib çatmasından başqa nəyi gözləyirlər? Onun əlamətləri (Eşrat) indidən gəlmişdir. "(Məhəmməd, 47/18) Bir çox qaynaqlarda qiyamətin iki növ olduğundan bəhs edilməsinə baxmayaraq, John Caroll Universitetinin islam işləri üzrə müəllimi prof. dr. Zeki Sarıtoprak əslində bu düşüncənin ümumi bir səhv olduğunu, qiyamətin üç növ olduğunu

bildirir: "Bunların birincisi kiçik qiyamətdir ki, bu da məhz insanın ölümü ilə başlayır. Yəni insanın ölümü ilə öz qiyaməti təbii olaraq da qopur. Məlumdur ki, insan öldükdən sonra artıq qıyaməti gözləməsinin də bir mənası qalmır. Çünki artıq mərhum üçün axirət səhifəsi açılmış olur, kiminə görə uzun və məşəqqətli, kiminə görə isə qısa və zəhmətsiz olan bu "səyahət" cənnət və ya cəhənnəmdə sona çatır. Artıq dünyəvi bütün maraqlar, yarımçıq qalan işlər, evlənməyən uşaqlar, biçilməyən əkinlər geridə qalmış bir nağıldan ibarət olur. Qısacası, insanın qiyaməti ölümü ilə onsuz da qopmuş olur". "İkinci Qiyamət" hədislərdə də keçən, İsrafilin (ə.s) sura üfləməsi ilə birlikdə dünyanın ömürünün bitməsidir. Belə ki, Allahın əmri ilə İsrafilin sura üfləməsiylə günəş dayanar, işığı söndürülər, ulduzlar yerlərindən düşüb dağılar, dənizlər qaynayar, dağlar parçalanar, qulaqları kar edən o dəhşətli gündə adam, qardaşından, anasından, atasından, arvadından və övladlarından belə qaçar, uşağını əmizdirən ana dəhşətdən uşağını unudub tərk edər, hamilə qadınlar körpəsini salar. Daha sonra Allahın əmri ilə İsrafil ikinci dəfə sura üfləyər. Bu səslə birlikdə ölmüş, çürümüş məxluqat qəbirlərindən qalxaraq məhşər yerində toplanar. Ayətdə də deyildiyi kimi, "Allah, qəbirlərdə olanları dirildəcəkdir" (Həcc / 7).

"On əlamət zühur etmədən qiyamət qopmayacaq" Qiyamətin böyük əlamətlərindən danışmadan öncə qeyd edək ki, prof. dr. Zeki Sarıtoprak hədis qaynaqlarında danışılan qiyamətin bəzi kiçik əlamətlərinə də diqqət çəkir. İnsanların yüksək binalar tikmələri və bu uğurda bir-biri ilə yarışmaları, həyatından bezən insanların tez-tez ölüm diləmələri (yəni "Ay Allah, məni öldür, canım qurtarsın" kimi ifadələr), Fərat çayının sularının çəkilməsi və yatağından xəzinə çıxması (məlum olduğu kimi o bölgələrdə zəngin neft yataqları var), islami elmlərin ortadan qalxması, cəhalətin artması,


27 zəlzələlərin çoxalması, yəhudilər ilə müsəlmanlar arasında müharibə başlaması, zamanın sürətlə axması kimi bir çox əlamətlər bu qəbildən sayılır. Qiyamətin böyük əlamətləri mövzusunda isə ilahiyyatçı Zeki Sarıtoprak peyğəmbərin əshabından Hüzeyfə b. Əsidin dilindən anladılan hədisi nümunə göstərir. Belə ki, bir gün səhabələr öz aralarında qiyamət məsələsini danışdıqları zaman Rəsuli-Əkrəm (s.ə.s.) qəflətən söhbətin üzərinə gəlib çıxır və onlardan nə danışdıqlarını soruşur. Hz. Peyğəmbər məsələdən agah olduqdan sonra üzünü onlara tutaraq deyir ki, on əlamət zühur etmədən qiyamət qopmayacaq. Bir çoxlarının marağına səbəb olacaq on əlamətdən bəziləri aşağıdakılardır:

Dəccalın çıxışı Alimlərin fikrincə, bu mövzuda QuraniKərimdə dəqiq bir açıqlama olmasa da, hədis qaynaqlarında Dəccala aid ifadələr mövcuddur. Bunların bir qismi "Buxari" və "Müslim" kimi səhih hədis qaynaqlarında öz əksini tapıb. Məsələnin əsas məxzi tam anlaşılmadığı üçün, bəzən bu inanış insanlar arasında səhv anlayışa da səbəb olur. Hədislərdə altmış arşın boyunda, eşşəyinin iki qulağı arası altmış arşın uzunluğunda bir insandan, bəzən otuz Dəccaldan bəhs edilir. Bunlar çıxmadan qiyamətin qopmayacağından xəbər verilir.

Dabbət ül-ərz Dəccalın çıxışındakı bir çox xüsusları Dabbət ül-ərz üçün də demək mümkündür. Qiyamətin yaxınlaşdığından xəbər verən və bir işarət olaraq yerdən çıxacaq bir heyvan şəklində təsvir edilən bu varlıq, Quran-ı Kərimdə də məhz adı ilə zikr edilən bir qiyamət əlamətidir. "O söz, başlarına gəldiyi zaman, onlara yerdən bir dabbe çıxararıq; o da, onlara insanların ayələrimizə səmimiliklə inanmadıqlarını söyləyər." (Nəml, 27/82). Bəzi hədis qaynaqlarındakı təsvirlər isə ümumiyyətlə, çox böyük və fövqəladə bir heyvanı təsvir edir. Həmçinin bir qiyamət əlaməti olaraq, Dabbənin çıxışı səhih hədislərdə də mövcuddur. Bir başqa versiyada isə Dabbət ül-ərzin bir virus ola biləcəyi vurğulanır, çünki Quranda Səba surəsində keçən ayədə "dabbe", "ağacqurdu" mənasını verir.

Hz. İsanın nüzulu Bu barədə də müxtəlif versiyalar var. Bəziləri Hz. İsanın təkrar gələcəyini tamamilə İlahi qüdrət baxımından şərh edir, bəzi alimlər isə onun gələcəyini kitaba və hədislərə əsaslanaraq sübut etməyə çalışırlar. Bu mövzunun həm xristian, həm

də islam qaynaqlarında öz əksini tapması isə məsələnin bir başqa maraqlı tərəfidir. İlahiyyatçıların fikirlərinə görə, Hz. İsanın təkrar gələcəyinə dair açıq-aşkar bir ayə yoxdur. Ancaq təfsir alimləri bəzi ayələrin şərhində buna işarələr olduğuna diqqət çəkir: "Beşikdə və yetkinlikdə insanlarla danışacaq və salehlərdən olacaq." (Aliİmran, 4/46) ayəsində, təfsirçilər nüzul-i İsadan bəhs olunduğunu vurğulayır. Və "Kitab əhlindən hər biri ölümündən əvvəl ona mütləq iman edəcək." (Nisa, 4/159) şəklindəki ayət-i kərimənin təfsirində də Hz. İsanın göydən enəcəyinə diqqət çəkilir.

Yəcuc və Məcuc "Əhdi-Ətiq"də adları Qoq və Maqoq olaraq keçən Yəcuc və Məcuc "Quran-ı Kərim"dən bizə aydın olur ki, Zülqərneyn dövründə də var idi. "Ey Zülqərneyn, Yəcuc və Məcuc yer üzündə fitnəfəsad törədirlər." (Kəhf, 18/94) deyə ona şikayət edilidiyi anladılır. Hədis və qaynaqlarda bəzən Sidrə ağacı qədər uzun olduqları vurğulanırkən, bəzən də bir qarış boyunda olduqları ifadə edilir. Lakin ortaq nöqtə, axır zamanda Yəcüc və Məcücün böyük fitnələr çıxaracaqlarıdır.

Günəşin qərbdən doğulması Bu kosmik hadisə qiyamətin son əlaməti olaraq qəbul edilir. Yəni artıq tövbə və iman qapısı bağlanar. Süfyanus-Sövri (161/777) və Əbul-Fərəc əl-Cevzi (597/1200) kimi zatlara görə, bu əlamət məhz "Rəbbinin bəzi ayələri gəldiyi gün" (Ənam, 6/158) ayəsində zikr edilir. Məlum olduğu kimi, dünya hazırda saniyədə otuz kilometrlik bir sürətlə günəşin ətrafında qərbdən şərqə doğru dönür. Qiyamət saatında isə bu dönüş tərsinə, yəni şərqdən qərbə doğru olacaq, günəş qərbdən doğulacaq və qiyamət qopacaq.

Son söz əvəzi Dünyanı bizlərə sakit və hüzurlu bir məkan olaraq yaradan Allah (c.c.), insanı sonsuz nemətlərə layiq olaraq yaratmışdır. Bu nemətlərin qarşılığında isə O (c.c.) insanlardan təşəkkür və şükr istəyir, elçiləri (Peyğəmbərlər) vasitəsilə göndərdiyi mesajlara layiqincə əməl edilməsini tələb edir. İnsanlar kütləvi olaraq İlahi əmr və qadağanları dinləmədikləri, kainat sahibinin verdiyi nemətlərə nankorluq etdikləri zaman, əlbəttə, artıq bu nizamın davamının da bir məqsədi qalmır.


28

Gюz чuxuru Bir gün yoxsul bir adam dәniz kәnarında balıq tuturmuş. Tәsadüfәn oradan keçәn ölkәnin padşahı onu görür vә deyir: "Qarmağına ilk düşәn şey nә olsa, sәnә onun ağırlığında qızıl verәcәyәm". Bu söhbәtdәn az sonra yoxsul adamın dәnizә atdığı qarmağına ortası deşik bir sümük ilişir. Padşah balıqçıya: "Nә edәk, şansın bu qәdәr imiş, qarmağına ağır bir şey keçmәdi" ,- deyib, onu sarayına aparır. Saraya çatanda padşah xәzinәdara balıqçıya әlindәki sümüyün ağırlığı qәdәr qızıl vermәsini әmr

edir. Xәzinәdar sümüyü tәrәzinin bir gözünә qoyub, o biri gözünә dә qızılları düzmәyә başlayır. Tәrәzinin gözünә onlarca qızıl qoyulur, lakin tәrәzinin sümük qoyulmuş gözü nәinki eynilәşmir, hәtta yerindәn belә tәrpәnmir. Odur ki, qızılın sayını artırmağa başlayırlar. İş o yerә gәlib çatır ki, tәrәzinin gözü qızılla tam doldurulur. Lakin sümük yerindәn yenә tәrpәnmir ki, tәrpәnmir... Belә qәrara gәlirlәr ki, burada bir sirr var. Odur ki, bir alim çağırıb ondan bunun sirrini soruşurlar. Müdrik alim sümüyü әlinә alıb baxdıqdan sonra belә deyir: "Bu sümük acgöz bir insanın göz çuxurudur. Odur ki, siz xәzinәdәki bütün qızılları tәrәzinin gözünә qoysanız belә, yenә bu sümük olan tәrәf yerindәn qalxmayacaq. Çünki gözü doymaz. Amma bir ovuc torpaq bunu doyurar".

Юvliyanыn cavabы Sultan Mahmud Sәbuktәkin ilk müsәlman türk dövlәtlәrindәn biri olan Qәznәvilәrin qüdrәtli hökmdarı olub. Bir gün o, vәzirlәri vә sәrkәrdәlәri ilә birlikdә zamanın tanınmış övliyası Şeyx Əbul-Hәsәn Harakaninin ziyarәtinә gedir. Sultanın yaxın adamlarından bәzilәri әvvәlcәdәn Şeyxi xәbәrdar edib, hökmdarın ziyarәtә gәldiyini, onu qarşılamağın vacibliyini bildirirlәr. Şeyx Harakani onların bu sözlәrinә fikir vermәyir. Hökmdar vә adamları

Böyük mütәsәvvüf alim Hacı Bәktaş Vәlinin müridlәri bir gün ona: "Sizinlә birlikdә biz dә әrbainә (nәfsi-tәrbiyәyә, qırx günlük nәfsi tәrbiyәedici üsul) girәk", - deyirlәr. Hacı Bәktaş onlardan soruşur: - Ər çilәsinәmi, qadın çilәsinәmi? Müridlәr bir şey anlamayınca sözlәrinin mәnasını açıqlayır: - 40 gün bir şey yemәdәn riyazәt (pәhriz) etmәk, bu qadın çilәsidir. 40 gün duzlu әt yeyib su içmәmәk isә әr çilәsidir. Müridlәr başlarını aşağı salaraq deyirlәr: - Əfәndimiz, biz ikincisinә dözә bilmәrik.

dәrgah qapısına yaxınlaşanda baş vәzir ondan xahiş edir ki, heç olmazsa bu әzәmәtli hökmdarı otağınızın qapısında qarşılayın. Lakin şeyx Harakani buna da razılıq vermir. Bu zaman vәzir fәryad edәrәk: "Ey mübarәk insan, sәn Allahın Quranda “Allaha, Peyğәmbәrә vә aranızda әmr sahibi olanlara itaәt edin” buyurduğunu mәgәr bilmirsәnmi?" Şeyx Harakani belә cavab verir: - Biz sәnin dediyin Allah әmrinin "Allaha itaәt edin" qisiminә o qәdәr aludә olduq ki, hәlә Peyğәmbәrә belә sıra gәlmәdi. Qaldı hökmdara sıra gәlsin, ona itaәt edәk. Bu sözlәrdәn sonra Sultan Mahmud övliyanın rәftarından zәrrә qәdәr incimәdiyini bildirmәklә yanaşı, özü dә onun müridlәri arasına qatılır. Əyanları ilә birlikdә Şeyxә böyük hörmәt göstәrәrәk hüzurundan ayrılırlar.

Яr чilяsi


29

Hяdiyyя Böyük vәlilәrdәn olan Bәyazid Bestaminin ölümündәn sonra bir dostu onu yuxusunda görür vә soruşur: - İlahi hüzurda sәni necә qarşıladılar? Bәyazid Bestami belә cavab verir: - Mәndәn: "Nә gәtirdin?" deyә soruşdular. Mәn dә söylәdim ki, bir dilәnçi bir padşahın hüzuruna çıxanda ondan nә gәtirdiyini soruşmazlar, “dilә bizdәn nә dilәrsәn”deyәrlәr. Sözümә Rәbbimin cavabı yetişdi: "Doğru deyir, düz deyir".

Hяqiqi tяvяkkцl Ağıllı vә çalışqan bir mәdrәsә tәlәbәsi yuxusunda çox sevdiyi müәlliminin cәhәnnәmlik olduğunu görür. O, bu yuxunu adi bir yuxu olduğunu düşünәrәk ona әhәmiyyәt vermir. Amma hәmin yuxunu bir neçә dәfә tәkrar gördükdәn sonra onda bir hәqiqәt olduğundan şübhәyә düşür vә buna görә çox kәdәrlәnir. Tәlәbәsindәki kәdәrli halın fәrqinә varan müәllimi dә dayana bilmәyib ondan soruşur: - Son günlәrdә üzün heç gülmür, oğlum, sәnә nә olub? Cavan әvvәlcә hәqiqәti ona söylәmәk istәmir. Lakin onun israrı qarşısında tәslim olaraq deyir: - Müәllimim, mәn yuxularımda sizin cәhәnnәmlik olduğunuzu görürәm vә buna çox kәdәrlәnirәm. Müәllim şagirdinә vә onun şәxsindә hәr kәsә ibrәt olacaq bu sözlәri deyir: - Oğlum, mәn sәnin gördüyün yuxunu qırx ildir görürәm. Amma yenә dә ümidsiz vә üsyankar deyilәm. Doğru bildiyim yolda gedir, Allaha qulluğumu yerinә yetirmәyә çalışıram. Mәnә düşәn dә budur. Gerisi Allahın bilәcәyi işdir.

Sadя bir seчim Qәznәvilәr dövlәtinin hökmdarı Sultan Mahmud Hindistana yürüşlәrinin birindә çox şiddәtli bir müqavimәtlә qarşılaşır, zәfәr qazana bilәcәyindәn şübhәyә düşür. Belә bir çәtin vәziyyәtdә o, Allaha yalvararaq deyir: "Ey Rәbbim, bu döyüşdәn qalib çıxsam, aldığım bütün qәnimәtlәri yoxsullara paylayacağam". Sonunda Sultan Mahmud qalib gәlir vә çox qiymәtli qәnimәtlәrә sahib olur. Qәznәyә qayıdan kimi bütün qәnimәtlәri yoxsullara, ehtiyac içindә yaşayanlara paylamağa başlayır. Lakin vәzir vә sәrkәrdәlәr: "Sultanım, nә edirsiniz, bu qәdәr qiymәtli qәnimәt fәqir-füqәraya paylanarmı? Onlar bunların qiymәtini nә bilәcәklәr? Üstәlik, dövlәtin xәzinәsinin belә qәnimәtә ehtiyacı var", - deyirlәr. Sultan Mahmud, onlara Allah qarşısında bir öhdәlik götürdüyünü söylәyir. Bu zaman saray әyanları yenә etiraz edәrәk deyirlәr: "Hökmdarım, әhәmiyyәtsiz olanları dağıdın, qiymәtlilәri isә xәzinәyә ayırın, çünki bütün mәmlәkәtin bunlara ehtiyacı var". O zamanlar Qәznәdә doğrunu vә haqqı başı bahasına da olsa söylәmәkdәn çәkinmәyәn alim vә fazil böyük bir zat varmış. Sultan Mahmud onu yanına çağırtdırıb vәziyyәti izah edir vә ondan fikirini soruşur. Hәmin alim cavabında deyir: "Sultanım, bu mәsәlәdә qәrarsızlığa düşәcәk bir şey yoxdur, yәni çox sadә bir seçim qarşısındasınız. Əgәr Allaha bir daha işiniz düşmәyәcәksә, adamlarınızın dediklәrini dәrhal yerinә yetirin vә qәnimәtlәri xәzinәyә qoyun. Amma Allaha tәkrar işiniz düşәcәksә, verdiyiniz sözü tutun, sözünüzü yerinә yetirin, qәnimәtlәri yoxsullara paylayın".

Hazırladı: Vaqif Vәliyev


Baş Direktor: YANVAR 2013 NAXÇIVAN

Naxçıvan Muxtar Respublika Təmsilçisi:

Süleyman Ünal Süleyman Okumuş

Zaman qəzetinin pulsuz əlavəsidir

Redaktor: Qvami Məhəbbətoğlu

Ünvan: Bakı, Tbilisi pr. 1058, Tel/Fax : (+994 12) 530 85 81/82/83, www.zaman.az, reklam@zaman.az Naxçıvan şəhəri, Nizami 40, Tel; 036 545 24 30, m.atik@zaman.az

Muxbirlər: Vaqif Vəliyev Mazlum Atik Dizayner: Tahir Mehdiyev KEŞLƏ QƏS. 1-Cİ ÖNÜNƏ KÜÇ., 19 TEL/FAKS: (+994 12) 447 15 25 FAKS:

(+994 12) 447 15 85

E-mail: office@tuna.az



Naxçıvan jurnalı v