Heyvanistan

Page 52

heyvanlar bu xəbəri eşidərkən bir az tutulan kimi oldular. Lakin Çığırğan onları yaddaşlarının korlandığına tez inandıra bildi. Payızda böyük, ağır zəhmət sayəsində biçin uğurla başa çatdırıldı və eyni vaxtda dəyirmanın tikintisi də tamamlandı. Doğrudur, hələ avadanlıq quraşdırılmamışdı. Uimper onların alınması üçün danışıqlar aparırdı. Amma tikinti qurtarmışdı. Bütün çətinliklərə, təcrübənin azlığına, alətlərin ibtidailiyinə, Snoubollun məkrli xəyanətlərinə baxmayaraq dəyirman düz müəyyən olunan gündə istifadəyə verilmişdi. Yorğun, lakin qürurlu heyvanlar öz şah əsərlərinin ətrafında yorulmadan dövrə vururdular. Indiki tikili onların gözünə birincisindən də gözəl görünürdü. Üstəlik divarlar əvvəlkindən iki dəfə qalın idi. Onlara partlayıcı maddədən başqa heç nəyin gücü çatmazdı. Heyvanlar burada necə can qoyduqlarını, hansı çətinlikləri dəf etdiklərini düşünür, tezliklə dəyirmanın pərlərinin fırlanacağını, naqillərlə elektrik cərəyanı axacağını və bütün bunların sayəsində həyatın tamam dəyişəcəyini göz önünə gətirir, yorğunluqlarını unudaraq zəfər sədaları ilə dəyirmanın dörd bir tərəfinə dolanırdılar. Köpəklərin və xoruzun müşaiyəti ilə Napoleon da işlə tanış olmağa gəldi. O, böyük nailiyyət münasibəti ilə heyvanları təbrik etdi və tikilinin ʺNapoleon adına dəyirmanʺ adlandırılacağını bildirdi. Iki gündən sonra hamı anbardakı xüsusi iclasa dəvət olundu. Napoleon ağac materialının Frederikə satıldığını elan edəndə heyvanların çoxu heyrətdən özlərini itirdilər. Sabah Frederikin arabalarının gəlib yükü aparacağı bildirildi. Bütün bunlar Napoleonun üzdə Pilkinqtonla dostluq münasibətləri saxladığı müddət ərzində arxada Frederiklə gizli razılaşma əldə etdiyini göstərirdi. Foksvudla bütün əlaqələr kəsildi. Pilkinqtona təhqiramiz məktub göndərildi. Göyərçinlərə bundan sönra Pinçfild üzərindən uçmamaq və ʺFrederikə ölüm!ʺ şüarını ʺPilkinqtona olüm!ʺ şüarı ilə əvəz etmək tapşırıldı. Eyni zamanda Napoleon heyvanları inandırdı ki, guya Frederikin təhriki ilə Heyvanıstan üzərinə yürüş haqqındakı şaiyələr tamamilə əsassızdır, onun öz fermasındakı heyvanları incitməsi ilə bağlı əhvalatlar isə həddindən artıq şişirdilmişdir. Bu şaiyələri Snoubolla əlaltılarının yaydıqları daha ağlabatandır. Digər tərəfdən, Snoubollun nəinki Pinçfilddə gizlənməsi, ümumiyyətlə, ayağının yerli‐dibli bu torpağa dəyməməsi faktı öz təsdiqini tapmışdır. Deyildiyinə görə o, böyük cah‐ cəlal içərisində Foksvudda yaşayır. Və həqiqətən də bütün bu müddət ərzində Pilkinqtondan böyük maddi yardım almışdır. Napoleonun bicliyi donuzları vəcdə gətirmişdi. O, üzdə özünü Pilkinqtonun dostu kimi göstərərək Frederiki materialın hər kub metrinin qiymətini on iki funta qaldırmağa məcbur etmişdi. Lakin Çığırğanın da dediyi kimi, Napoleonun hüdudsuz müdrikliyi onun heç kimə, hətta Frederikə də inanmamasında idi. Frederik material almaq üçün ʺçekʺ adlanan hansısa bir kağız parçası ödəmək istəyirmiş. Guya sonra bu kağızda yazılan məbləğə bankdan pul götürmək mümkündür. Lakin Napoleonun başını belə şeylərlə aldatmaq olmaz! O,


Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.