Heyvanistan

Page 42

yaranmış vəziyyət haqqında əsl həqiqətin üzə çıxacağı təqdirdə bunun necə ağır nəticələr verəcəyini yaxşı başa düşürdü. Ona görə də əks‐təəssürat yaratmaq üçün cənab Uimperin imkanlarından istifadə etmək qərarına gəlmişdi. Heyvanlar fermaya hər həftə təkrarlanan səfərləri zamanı onunla çox nadir hallarda ünsiyyətdə olurdular. Indi isə əvvəlcədən seçilmiş bir neçə heyvana, ələlxüsus da qoyunlara mister Uimperin eşidə biləcəyi şəkildə ərzaq bolluğu haqqında danışmaq tapşırılmışdı. Bundan əlavə, Napoleon ambardakı boş çəlləkləri qumla doldurmağı, üstünü isə fermada qalan taxıl və unla örtməyi tapşırmışdı. Münasib bir bəhanə ilə mister Uimper anbara aparılmış, taxıl və un dolu çəlləklərə baxmasına imkan yaradılmışdı. O da təbii ki, dərhal tora düşmüş, bütün dünyaya Heyvanıstanda heç bir ərzaq qıtlığının olmaması haqqında məlumatlar yaymışdı. Lakin bütün bunlara baxmayaraq yanvarın sonunda haradan olursa olsun toxumluq dən tapmaq zərurəti yarandı. Həmin günlər Napoleon heyvanların arasına nadir hallarda çıxırdı. Bütün vaxtını hər qapısında heybətli bir köpəyin dayandığı malikanə binasında keçirirdi. Hər dəfə onu sıx əhatə edən və yaxınlaşmaq istəyən hər kəsin üstünə dişlərini qıcayan altı köpəyin müşaiyəti ilə həyətə çıxması isə bütöv bir mərasimə çevrilirdi. Indi Napoleon çox vaxt bazar günləri də görünmür, əmrlərini isə ayrı‐ayrı donuzlar, ən çox da Çığırğan vasitəsi ilə çatdırırdı. Bir bazar günü Çığırğan yenicə anbara girib yerlərini rahatlayan toyuqlara bundan sonra yumurtalarını təhvil verməyi tapşırdı. Napoleon hər həftə bazara dörd yüz yumurta göndərmək barədə Uimper vasitəsilə ilə müqavilə bağlamışdı. Əldə olunan vəsait yayda vəziyyət yaxşılaşana qədər fermanı taxıl və unla təchizinə yönəldiləcəkdi. Toyuqlar bunu eşidəndə bərk çığır‐bağır saldılar. Əvvəlcədən də onlara belə bir fədakarlığın zəruriliyi izah olunmuşdu. Lakin inanmamışdılar. Onlar artıq qırt yatmağa hazırlaşırdılar. Belə vaxtda yumurtalarının əllərindən alınması qatillik idi. Consun qovulmasından sonra ilk dəfə idi ki, fermada üsyana bənzər bir hadisə yaranmışdı. Üç cavan beçənin rəhbərlik etdiyi toyuqlar Napoleonun istəyinə qarşı çıxmağa cəhd göstərdilər. Etiraz forması kimi toyuqların çardaqdakı çatıların üstündə yumurtlamaları qərara alındı. Yuxarıdan düşən yumurtalar döşəməyə dəyib parçalanırdı. Napoleon tez və amansız şəkildə önləyici tədbirlər gördü. O, toyuqların yem payının kəsilməsini əmr etdi, onlara hətta bir buğda dənəsi verənlərin də dərhal edam olunacaqlarını bildirdi. Əmrin icrasına nəzarət köpəklərə tapşırıldı. Toyuqlar beş gün müqavimət göstərdilər. Sonda təslim olub hinlərinə, fallarının üstünə qayıtdılar. Bu müddətdə doqquz toyuq həlak oldu. Onların cəsədləri bağda dəfn olundu və xaricə brüsüllöz xəstəliyindən olmələri haqqında məlumat yayıldı. Mister Uimperin hadisədən yerli‐dibli xəbəri olmadı. Artıq yumurtalar səliqə ilə toplanır və həftədə bir dəfə baqqalın furqonlu arabası ilə fermadan aparılırdı.


Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.