Həyatın gerçək mənşəyi

Page 292

ELM VƏ MATERİALİZMİ

BİR-BİRİNDƏN FƏRQLƏNDİRMƏK

B

ütün bu kitab boyu təhlil etdiyimiz məlumatlar bizə təkamül nəzəriyyəsinin heç bir elmi əsası olmadığını, əksinə, təkamülün iddialarının elmi kəşflərlə açıq şəkildə ziddiyyət təşkil etdiyini göstərir. Yəni təkamülü himayə edən güc elm deyil. Təkamül bəzi “elm adamları” tərəfindən müdafiə edilə bilər, amma bunun kökündə başqa “səbəb” durur. Həmin “başqa səbəb” materialist fəlsəfədir. Təkamül nəzəriyyəsi materialist fəlsəfənin təbiətə tətbiq olunmuş formasıdır və bu fəlsəfənin tərəfdarları tərəfindən elmə zidd olmasına baxmayaraq, müdafiə edilir. Təkamül nəzəriyyəsi ilə materializm arasındakı əlaqə bu anlayışların “nüfuz”ları tərəfindən də qəbul edilir. Məsələn, Leon Trotski: “Darvinin kəşfi bütün üzvi maddə sahəsində dialektikanın (dialektik materializmin) ən böyük zəfəri oldu”, - deyə şərh vermişdir.388 Təkamülçü bioloq Duqlas Futuyma: “Marksın bəşəriyyət tarixini açıqlayan materialist nəzəriyyəsi ilə birlikdə Darvinin təkamül nəzəriyyəsi materializm üçün böyük pillə idi”, - deyə yazır.389 Təkamülçü paleontoloq Stefen C.Quld isə: “Darvin təbiətin mənşəyini izah edərkən çox əsaslı şəkildə materialist fəlsəfədən istifadə etdi”, -deyir.390 Materialist fəlsəfə tarixin ən qədim düşüncə tərzlərindən biridir və əsas xüsusiyyəti maddəni mütləq varlıq hesab etməsidir. Bu tərifə görə, maddə sonsuzdan bəri mövcuddur və mövcud olan hər şey də maddədən ibarətdir. Materializm Yaradanın varlığını inkar edir. Nə üçün materializm doğru düşüncə tərzi deyil? Bir fəlsəfi fikrin doğruluğunu və ya Karl Marks yanlışlığını yoxlamaq metodu o fəlsəfi fikrin

292


Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.