Həyatın gerçək mənşəyi

Page 280

HƏYATIN GERÇƏK MƏNŞƏYİ

olan zülalları, zülalları da daha kompleks və planlı formalar olan hüceyrə orqanoidlərini əmələ gətirmələri üçün təkcə enerji heç bir işə yaramaz.

İlya Priqoqin və özünütəşkiletmə aldanışı

Termodinamikanın ikinci qanununun təkamül prosesinə imkan vermədiyini anlayan bəzi təkamülçü elm adamları yaxın keçmişdə Termodinamikanın ikinci qanunu və təkamül nəzəriyyəsi arasındakı uçurumu aradan qaldırmaq, təkamülə yol açmaq ümidi ilə müxtəlif fərziyyələr uydurmağa cəhd etdilər. Termodinamikanı və təkamülü uzlaşdırmaq ümidi ilə ortaya atılan iddialarla ən çox adı çəkilən şəxs belçikalı fizik İlya Priqoqindir. Priqoqin xaos qanununa əsaslanaraq xaosdan (qarmaqarışıqlıqdan) nizam əmələ gələcəyinə dair bəzi fərziyyələr irəli sürmüşdür. Ancaq bütün səylərinə baxmayaraq, termodinamikanı və təkamülü uzlaşdırmağı bacarmamışdır. Elmi fəaliyyətlərində statik cəhətdən geri dönüşü olmayan prosesləri əsas qanunlarla əlaqələndirməyə çalışmış, lakin səyləri uğursuzluqla nəticələnmişdir. Tamamilə nəzəri olan, real həyatda tətbiq və müşahidə edilmə imkanı olmayan bir çox riyazi hipotezdən ibarət kitabları fizika, kimya və termodinamika sahəsində nüfuzlu şəxslər hesab edilən elm adamları tərəfindən heç bir konkret və praktiki dəyərə malik olmadığına İlya Priqoqin görə tənqid edilmişdir. Məsələn, termodinamika, statik mexanika və formalaşma (pattern formation) sahələrində məşhur fiziklərdən və “Review of modern physics” kitabının müəlliflərindən biri olan P.Hohenberqin Priqoqinin elmi fəaliyyəti haqqındakı şərhi 1995-ci il, may tarixli “Scientific american” jurnalında belə verilir: Nəzəriyyəsinin açıqladığı bircə hadisəni belə tanımıram.369 Viskonsin Universitetindən nəzəriyyəçi fizik Kozma Şalizi də Priqoqinin elmi fəaliyyətlərinin heç bir konkret nəticə və ya açıqlamasının olmadığı ilə bağlı belə deyir: (Priqoqinin yazdığı) “Self organization in nonequilibrium systems”(Müvazinətsiz sistemlərdə özünü təşkiletmə) adlı kitabın beş yüz səhifəsinin içində real faktlarla əlaqədar sadəcə dörd qrafik var və modellərinin təcrübi nəticələrlə müqayisəsi yoxdur. Statik fizikanın başlıqları olması xaricində, geri dönüşü olmayan qanun haqqındakı fikirlərinin heç biri özünü təşkiletmə (self organization) ilə əlaqəsi yoxdur.370 Qatı materialist olan Priqoqinin fizika sahəsində həyata keçirdiyi

280


Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.