Həyatın gerçək mənşəyi

Page 266

HƏYATIN GERÇƏK MƏNŞƏYİ

birinin daxili səthi “güzgü” formasındadır. Bu güzgüyəbənzər səthlər işığı güclü şəkildə əks etdirir. Bu dizaynın ən mühüm xüsusiyyəti isə bu güzgü səthlərdə əks olunan işığın arxa tərəfdəki tor qişa üzərində qüsursuz şəkildə fokuslanmasıdır. Gözün içindəki bu prizmalar elə bucaq altında yerləşdirilmişdir ki, hamısı işığı xətasız şəkildə bir nöqtəyə əks etdirir. Buradakı yaradılışın nə qədər qeyri-adi olduğu açıq-aşkar ortadadır. Hər biri qüsursuz kvadrat prizma olan hüceyrələrin içi güzgü xüsusiyyətinə malik toxuma ilə örtülüdür. Habelə bu hüceyrələrin hər biri işığı eyni nöqtəyə əks etdirmək üçün çox dəqiq həndəsi hesabla yerlərinə yerləşdirilmişdir. Xərçəng gözünün bu quruluşunun ilk dəfə hərtərəfli şəkildə tədqiq edən elm adamı İngiltərə Sasseks Universitetindən tədqiqatçı Maykl Lenddir. Lend bu göz quruluşunun heyrətamiz və heyranedici yaradılışa malik olduğunu bildirmişdir.356 Xərçəng gözündəki bu yaradılışın təkamül nəzəriyyəsi üçün çox böyük problem olduğu aydındır. Əvvəla, göz “sadələşdirilməz komplekslik” xüsusiyyətinə malikdir. Əgər bu gözün ön hissəsindəki kvadrat hüceyrələr olmasa və ya bu hüceyrələrin əks etdirmə xüsusiyyəti olmasa və ya arxadakı tor qişa təbəqəsi olmasa, göz heç cür funksiyasını yerinə yetirə bilməyəcəkdir. Ona görə, xərçəng gözünün “mərhələli şəkildə” əmələ gəlməsi irəli sürülə bilməz. Bu qədər mükəmməl formanın bir anda təsadüfən əmələ gəldiyini irəli sürmək isə tamamilə ağıldankənardır. Aydındır ki, Allah xərçəngin gözünü bu mükəmməl sistemi ilə birlikdə yaratmışdır. Xərçəng gözünün təkamül iddiasını əsassız edən başqa xüsusiyyətləri də var. Bu gözün hansı canlılarda mövcud olduğunu təhlil etdikdə çox maraqlı mənzərə ilə qarşılaşırıq. Xərçəng nümunəsi üzərində təhlil etdiyimiz “əks etdirmə tipindən olan göz quruluşu” ancaq “qabıqlı dəniz canlıları sinfi” adlandırılan dəniz canlılarının “uzun ön ayaqlılar” kimi tanınan ailəsində mövcuddur. Bu ailəyə dəniz xərçəngləri və krevetlər də daxildir. Qabıqlı dəniz canlıları sinfinin digər üzvlərində isə “əks etdrmə növündən olan göz quruluşundan” tamamilə fərqli prinsiplə işləyən “sınma tipindən olan göz quruluşuna” rast gəlinir. Bu göz quruluşunda gözün içində yüzlərlə kiçik pətək var. Amma pətəklər xərçəng gözündəki kimi kvadrat deyil, altıbucaqlı və ya yuvarlaqdır. Daha da mühüm olan budur ki, bu pətəklərin içində işığı əks etdirən deyil, sındıran göz büllurları yerləşir. Göz büllurları işığı sındıraraq arxadakı tor qişa təbəqəsi üzərində fokuslayır. Qabıqlı dəniz canlıları sinfindəki növlərin əksəriyyətində sözügedən “işığı sındıran” göz quruluşu mövcuddur. Qabıqlı dəniz canlılarının ancaq iki növü olan dəniz xərçəngi və krevetdə isə bir az əvvəl də təhlil etdiyimiz kimi, “işığı əks etdirən” güzgülü göz vardır. Halbuki təkamülçülərin qəbul

266


Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.