Həyatın gerçək mənşəyi

Page 231

İMMUNİTET, “RUDİMENT ORQANLAR” VƏ EMBRİOLOGİYA

Ə

vvəlki bölmələrdə təkamül nəzəriyyəsinin paleontologiya və molekulyar biologiya sahələrində qarşılaşdığı ziddiyyətləri və düşdüyü çıxılmaz vəziyyətləri elmi dəlillər və kəşflər əsasında təhlil etdik. Bu bölmədə isə təkamülçü mənbələrdə nəzəriyyəyə dəlil kimi göstərilən bəzi bioloji faktlardan bəhs edəcəyik. Bu faktlar əslində təkamül nəzəriyyəsini dəstəkləyən heç bir elmi kəşfin olmadığını göstərir.

Bakteriyaların antibiotiklərə qarşı müqaviməti Təkamülçülərin nəzəriyyələrinə dəlil kimi göstərməyə çalışdıqları bioloji faktlardan biri bakteriyaların antibiotiklərə qarşı müqavimətidir. Təkamül nəzəriyyəsini dəstəkləyən bir çox mənbə antibiotiklərə qarşı müqaviməti “faydalı mutasiyaların canlıları təkmilləşdirdiyinə nümunə” kimi göstərir. Buna bənzər bir iddia DDT kimi dərman vasitələrinə qarşı immunitet qazanan həşəratlar haqqında da irəli sürülür. Halbuki bu məsələdə də təkamülçülər yanılırlar. Antibiotiklər bəzi mikroorqanizmlər tərəfindən digər mikroorqanizmlərə qarşı mübarizə aparmaq üçün hazırlanan “öldürücü molekullardır”. İlk antibiotik 1928-ci ildə Aleksandr Fleminq tərəfindən kəşf edilən penisilindir. Fleminq kif göbələyinin stafilakokk (Staphylococcus) bakteriyasını öldürən molekul hazırladığını aşkar etmiş və bu kəşf tibb dünyasında yeni cığır açmışdır. Mikroorqanizmlərdən götürülən antibiotiklər müxtəlif bakteriyalara qarşı istifadə edilmiş və uğurlu nəticələr əldə edilmişdir. Ancaq bir müddət sonra məlum olmuşdur ki, bakteriyalar antibiotiklərə qarşı zaman ərzində immunitet qazanırlar. Bunun mexanizmi isə belə işləyir: antibiotikə məruz qalan bakteriyaların böyük hissəsi ölür, amma bəziləri bu antibiotikdən təsirlənmir və bunlar sürətlə çoxalaraq bütöv populyasiya əmələ gətirirlər. Beləliklə, bütün populyasiya antibiotikə qarşı müqavimətlı olur. Təkamülçülər isə bu faktı “bakteriyaların şərtlərə uyğunlaşaraq təkamül

231


Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.