Həyatın gerçək mənşəyi

Page 222

HƏYATIN GERÇƏK MƏNŞƏYİ

adlanan bir prosesdən, yəni sürfə mərhələsindən keçir. Məsələn, bir çox qurbağa həyata üzən sürfələr kimi başlayır və metamorfozun ən son dövründə dördayaqlı heyvana çevrilir. Bununla belə, sürfə dövründən keçməyən və birbaşa inkişaf edən bir çox qurbağa növü də var. Ancaq birbaşa inkişaf edən sözügedən qurbağa növlərinin çoxunun yetkinləri sürfə mərhələsindən keçərək inkişaf edən digər qurbağa növlərindən demək olar ki, heç ayırd edilmirlər. Eyni hadisəyə dəniz kirpilərində və digər bəzi buna bənzər növlərdə də rast gəlinir.289 Qısaca desək, genetik və embrioloji tədqiqatlar Darvinin “canlılarn bir ortaq əcdaddan təkamül yolu ilə törədiklərinn dəlili” kimi tərif etdiyi homologiya anlayışının əslində heç cür bu tərifə dəlil olmadığını göstərir. Homologiya səthi baxdıqda “inandırıcı” görünən, amma hərtərəfli tədqiq edildikdə əsassızlığı açıq şəkildə üzə çıxan təkamülçü xətadır.

Tetrapodların barmaq quruluşu ilə bağlı homologiya xətası

Morfoloji homologiya iddiasının, yəni canlılardakı forma bənzərliklərinə əsaslanan təkamülçü tezisin əsassızlığını təhlil etdik. Ancaq bu barədə məşhur bir nümunəni bir az da yaxından təhlil etməkdə fayda var. Bu nümunə təkamüllə bağlı, demək olar ki, hər kitabda homologiyanın ən açıq dəlili kimi göstərilən “tetrapodların beşbarmaqlı əl və ayaq quruluşu” misalıdır. Tetrapodların, yəni quruda yaşayan onurğalıların ön və arxa ayaqlarında beş barmaq var. Bunlar həmişə barmaq görünüşündə olmasa da, sümük quruluşu etibarilə “beşbarmaqlı” (pentadactyl) hesab edilir. Qurbağanın, kərtənkələnin, sincabın və ya meymunun əl və ayaqları bu formadadır. Hətta quşların və yarasaların da sümük quruluşları bu əsas dizayna uyğundur. Təkamülçülər isə bütün bu canlıların bir ortaq əcdaddan gəldiyini iddia etmiş və beşbarmaqlılıq faktını da uzun zaman buna dəlil hesab etmişlər. Bu iddianın elmi əsası olmadığı isə məlumdur. Əvvəla, bu gün təkamülçülər belə aralarında heç bir təkamül əlaqəsi qura bilmədikləri müxtəlif canlı qruplarında beşbarmaqlılıq xüsusiyyəti olduğunu qəbul edirlər. Məsələn, təkamülçü bioloq M.Kouts 1991-ci və 1996-cı illərdə dərc olunan iki ayrı elmi məqaləsində beşbarmaqlılıq (pentadactyl) faktının bir-biri ilə əlaqəsi olmayan iki mərhələdə ortaya çıxdığını bildirir. Koutsun fikrinə görə, beşbarmaqlı forma həm antrakozavrlarda, həm də amfibiyalarda bir-birindən əlaqəsiz şəkildə ortaya çıxmışdır.290 Bu tapıntı beşbarmaqlılıq faktının “ortaq əcdad” fərziyyəsinə dəlil olmadığının bir göstəricisidir. Təkamülçü tezisi bu məsələdə çətinliyə salan digər cəhət də sözügedən canlıların həm ön, həm də arxa ayaqlarının beşbarmaqlı olmasıdır. Halbuki təkamülçü ədəbiyyatda ön və arxa ayaqların bir “ortaq əcdaddan” gəldiyi

222


Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.