Həyatın gerçək mənşəyi

Page 192

HƏYATIN GERÇƏK MƏNŞƏYİ

“təsadüf” müəmmasını daha da içindən çıxılmaz vəziyyətə salır: “yararlı” bir zülalın əmələ gəlməsi üçün bir az əvvəl də izah etdiyimiz kimi, sadəcə onu təşkil edən amin turşularından bəlli miqdarda qüsursuz düzülüşdə və xüsusi üç ölçülü dizayna uyğun şəkildə birləşmələri də kifayət deyil. Bütün bunlarla yanaşı bu amin turşularının hamısının sol əlli olanlar arasından seçilməsi və içlərində bir dənə də sağ əlli amin turşusu olmaması da vacibdir. Çünki amin turşusu zəncirinə əlavə edilən bir səhv sağ əlli amin turşusunun səhv olduğunu müəyyən edərək onu zəncirdən çıxaracaq hər hansı təbii seçmə mexanizmi də mövcud deyil. Buna görə, bir sağ əlli amin turşusu da sol əlli amin turşularının arasına qarışmamalıdır. Bu da təsadüf anlayışını bir daha əsassız edir. Bu vəziyyət “Britannika elmi ensiklopediyası”nda belə ifadə edilir: ... Yer üzündəki bütün canlı orqanizmlərdəki amin turşularının hamısı zülallar kimi mürəkkəb polimerlərin tərkib hissələri eyni asimmetriya şəklindədir. Sanki tamamilə sol əllidirlər. Bu, bir baxımdan milyon dəfə havaya atılan bir qəpiyin hər dəfə eyni üzünün yerə düşməsinə bənzəyir. Molekulların necə sol əl və ya sağ əl olduğunu anlamaq olmur. Bu seçim anlaşılmaz şəkildə yer üzündəki həyatın mənbəyinə bağlıdır.249 Bir pul milyon dəfələrlə havaya atıldıqda hər dəfə eyni üzü yerə düşürsə, bunu təsadüflə açıqlamaq, yoxsa birisinin şüurlu şəkildə havaya atılan pula müdaxilə etdiyini qəbul etmək daha məntiqlidir? Cavab aydındır. Amin turşularındakı sol əlli olma hadisəsinə bənzər vəziyyət nukleotidlər, yəni DNT və RNT-nin tərkib hissələrinə də aiddir. Onlar da canlı orqanizmlərdə olan bütün amin turşularının əksinə, ancaq sağ əlli olanlardan seçilmişdirlər. Bu da təsadüflə açıqlanmayacaq vəziyyətdir. Nəticədə həyatın mənbəyinin təsadüflərlə açıqlanmasının mümkün olmadığı başdan bəri təhlil etdiyimiz ehtimallarla qəti şəkildə sübut edilir: 400 amin turşusundan ibarət orta ölçüdəki bir zülalın sadəcə sol əlli amin turşularından seçilmə ehtimalını hesablamaq istəsək, 2400-də, yəni 10120-də 1 ehtimal əldə edərik. Bu astronomik rəqəmi izah etmək üçün kainatdakı elektronların sayının cəminin bu saydan daha az olduğunu, təqribən 1079 olduğunu bildirək. Bu amin turşularının lazımi düzülüşü və funksional orqanı əmələ gətirmə ehtimalları isə daha böyük rəqəmləri əmələ gətirir. Bu ehtimallara birdən çox sayda və növdə zülalın əmələ gəlmə ehtimalını da əlavə etsək, hesablamaların içindən heç çıxmaq olmaz.

Peptid zənciri zərurəti Təkamül nəzəriyyəsinin bir zülalın əmələ gəlməsi mərhələsi ilə bağlı qarşılaşdığı problemlər buraya qədər sadaladıqlarımızla bitmir. Bir zülalın əmələ gəlməsi üçün lazım olan amin turşusu növlərinin uyğun sayda və

192


Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.