Həyatın gerçək mənşəyi

Page 190

HƏYATIN GERÇƏK MƏNŞƏYİ

Sitoxrom-C zülalının üç ölçülü mürəkkəb quruluşu. Bu struktur daxilinidə kicik dairələrlə təmsil edilən amin turşularının sıralanmasındakı ən kiçik fərq zülalı yararsız hala salar.

Prof. Fred Hoyl isə bütün bu saylar haqqında belə deyir: Əslində həyatın ağıl sahibi bir varlıq tərəfindən meydana gəldiyi o qədər aydındır ki, insana bu açıq həqiqətin nə üçün geniş şəkildə qəbul edilmədiyi qəribə gəlir. Bunun (qəbul edilməməsinin) səbəbi elmi deyil, psixolojidir.247 “Science news”-un 1999-cu yanvar sayında dərc olunan bir məqaləsində də amin turşularının zülalları necə əmələ gətirdiyinə dair hələ heç bir açıqlama verilmədiyi belə bildirilir: Heç kim indiyə qədər geniş şəkildə yayılmış amin turşularının zülallara necə çevrildiyinə dair qənaətbəxş açıqlama verə bilməmişdir. İbtidai dünyanın fərz edilən şərtləri amin turlşularını izolyasiya edilmiş təkliyə sürükləyəcək şəkildədir.248

Sol əlli zülallar

Zülalın əmələ gəlməsiylə bağlı təkamülçü tezislərin həyata keçməsinin qeyri-mümkünlüyünü bir az da hərtərəfli təhlil edək. Canlılardakı bir zülal molekulunun əmələ gəlməsi üçün təkcə uyğun amin turşularının uyğun sırada düzülmələri kifayət deyil. Bununla yanaşı, zülalların tərkibindəki 20 növ amin turşusundan hər biri ancaq “sol əlli” olmalıdır.

190


Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.