Həyatın gerçək mənşəyi

Page 180

HƏYATIN GERÇƏK MƏNŞƏYİ

Bütün bu ssenarilər bircə dənə dişə görə uyduruldu. Təkamülçü dairələr bu “xəyali adamı” o dərəcə mənimsədilər ki, Uilyam Brayen adlı bir tədqiqatçı bircə azı dişinə əsaslanaraq bu qədər qəti qərarların verilməsinə qarşı çıxdıqda hər cür tənqidə məruz qaldı. Lakin 1927-ci ildə skeletin digər hissələri tapıldı. Məlum oldu ki, bu diş nə meymuna, nə də insana aiddir. Diş “prosthennops” adlı vəhşi Amerika donuzunun nəsli kəsilmiş bir cinsinə aid imiş. “Science” jurnalında Uilyam Qreqorinin bu yalanı xəbər verdiyi məqaləsinin başlığı belə idi: “Belə görünür ki, Hesperopithecus nə meymundur, nə də insan”236 Nəticədə Hesperopithecus haroldcookinin və “ailəsi”nin bütün şəkilləri dərhal elmi ədəbiyyatdan çıxarıldı.

Nəticə Təkamül nəzəriyyəsini dəstəkləmək üçün edilən bütün bu elmi saxtakarlıqlar və ön mühakiməli dəyərləndirmələr bu nəzəriyyənin elmi açıqlamadan daha çox ideologiya olduğunu göstərir. Hər bir ideologiyada olduğu kimi, bu ideologiyanın da fanatik tərəfdarları var və bunlar təkamülü nəyin bahasına olsa da, sübut etməyə çalışırlar. Nəzəriyyəyə elə doqmatik tərzdə bağlanıblar ki, əllərinə keçən hər yeni kəşfi, təkamüllə heç bir əlaqəsi olmadığı halda, nəzəriyyəyə böyük dəlil hesab edirlər. Şübhəsiz, bu, elm adından deyilən böyük yalandır; çünki elm dünyasının əsassız bir doqma uğrunda səhv istiqamətləndirildiyini göstərir. Skandinaviyalı elm adamı Soren Lovtrup isə “Darvinizm: bir əfsanənin təkzibi”

Nebraska adamı və ona ad qoyan Henri Fairfeld Osborn

180


Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.