Həyatın gerçək mənşəyi

Page 149

İNSANIN MƏNŞƏYİ

olaraq hominid nəsil ağacını yıxır. Beləliklə, bu nəsil ağacında yer alan insan və əcdadları hesab edilən primat cinsli iri meymunlar aradan çıxarılır... Australopithecuslar və Homo növləri (insanlar) eyni budaqda yerləşmirlər, Homo növlərinin (insanların) əcdadlarının hələ də üzə çıxarılması gözlənilir.189 Homo habilis Avstralopitekin skelet və kəllə sümüyü quruluşunun şimpanzelərdən o qədər də fərqlənməməsi və bu canlıların dik yeriməsi iddiasının əsaslı dəlillərlə çürüdülməsi təkamülçü paleoantropoloqları çətin vəziyyətdə qoymuşdur. Çünki xəyali təkamül sxemlərində Avstralopitekdən sonra Homo erectus gəlir. Homo erectus adının əvvəlindəki “homo” (yəni “insan”) terminindən də bilindiyi kimi, bu, insan qrupudur və skeleti də dikdir. Kəllə sümüyünün həcmi Avstralopitekdən iki dəfə böyükdür. Şimpanzeyə bənzəyən meymun növü olan Avstralopitekdən bugünkü insandan fərqlənməyən skeletə malik Homo erectusa keçid isə təkamül nəzəriyyəsinə görə də mümkün deyil. Bu səbəbdən, “əlaqə”lər, yəni “ara keçid forma”lar lazımdır. Homo habilis anlayışı da məhz bu zərurətdən doğmuşdur. Homo habilis 1960-cı illərdə ailəliklə “fosil ovçusu” olan Likeylər tərəfindən ortaya atıldı. Likeylərə görə, Homo habilis kimi tərif etdikləri bu yeni canlı növü dik yerişə, nisbətən böyük beyinə, daş və taxtadan alət hazırlayıb istifadə etmək qabiliyyətinə sahib idi. Bu səbəbdən, insanın əcdadı ola bilərdi. Halbuki eyni növə aid 1980-ci illərin sonunda tapılan qalıqlar bu fikri tamamilə dəyişdirdi. Yeni tapılan qalıqlara əsaslanan Bernard Vud və Lorinq Breys kimi tədqiqatçılar onların “alətdən istifadə edən insan” mənasını verən Homo habilis əvəzinə “alət istifadə edən Cənubi Afrika meymunu” mənasını verən Australopithecus habilis adlandırılmasını irəli sürdülər. Çünki Homo habilis Australopithecus adlandırılan meymunlarla bir çox ortaq xüsusiyyətə malik idi. Avstralopitek kimi uzun qollu, qısa ayaqlı və meymunabənzər skelet quruluşu var idi. Əl və ayaq barmaqları dırmaşmağa uyğun idi. Çənə quruluşu eynilə dövrümüzdəki meymunlarınkına bənzəyirdi. 630 sm3-lik beyin həcmi də onların meymun olduğunu göstərirdi. Bir sözlə, bəzi təkamülçülər tərəfindən ara keçid forma adlandırılan Homo habilis əslində bütün digər avstralopiteklər kimi nəsli kəsilmiş meymun idi. Sonrakı illərdə aparılan tədqiqatlar Homo habilisin həqiqətən də Avstralopitekdən fərqli canlı olmadığını aşkar etdi. 1984-cü ildə Tim Uayt tərəfindən tapılan və OH62 adlandırılan skelet və kəllə sümüyü qalığı bu növün dövrümüzdəki meymunlarınkı kimi kiçik beyinə, budaqlara dırmaşmağa yarayan uzun qollara və qısa ayaqlara malik olduğunu göstərdi.

149


Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.