Həyatın gerçək mənşəyi

Page 13

ÖN SÖZ

Ö

zünün və bütün digər canlıların necə mövcud olduğu sualını araşdıran insan iki fərqli açıqlama ilə qarşılaşır. Birincisi, insan da daxil olmaqla bütün canlıları sonsuz ağıl və güc sahibi Allah yaratmışdır. İkinci açıqlama isə canlıların təbii proseslərin və təsadüfi təsirlərin məhsulu olduğunu iddia edən “təkamül” nəzəriyyəsidir. Təkamül nəzəriyyəsi təqribən 150 ildir ki, elm dünyasında geniş surətdə qəbul edilmişdir. Biologiya elmi təkamül anlayışları ilə tərif edilir. Bu səbəbdən də çox insan yaradılış və təkamül açıqlamalarından təkamülü elmi hesab edir. Təkamülü müşahidələr nəticəsində edilən kəşflərlə dəstəklənən nəzəriyyə, yaradılışı isə sadəcə qəbul edilmiş inanc zənn edir. Lakin əksinə, elmi tapıntılar təkamül nəzəriyyəsinin lehinə deyil. Xüsusilə son 10-20 il ərzində əldə edilən tapıntılar təkamül nəzəriyyəsinin əsas fərziyyələri ilə açıq şəkildə ziddiyyət təşkil edir. Paleontologiya, biokimya, populyasiya genetikası, molekulyar biologiya, müqayisəli anatomiya, biofizika kimi bir çox elm sahəsi canlıların təkamül nəzəriyyəsinin iddia etdiyi kimi təbii proseslər və təsadüfi amillərlə izah edilə bilmədiyini, bütün canlıların qüsursuz şəkildə yaradıldığını göstərir. Bu kitabda təkamül nəzəriyyəsinin üzləşdiyi elmi böhranı araşdıracağıq. Kitab tamamilə elmi kəşflərə əsaslanaraq hazırlanmışdır. Təkamül nəzəriyyəsini elm adından müdafiə edənlər mütləq bu kəşflərlə üzləşməli və indiyə qədər sahib olduqları bəzi ön mühakimələri sorğu-sual etməlidirlər. Əgər bundan qaçırlarsa, təkamül nəzəriyyəsinə olan bağlılıqlarının elmi deyil, tamamilə doqmatik olduğunu qəbul etmiş olacaqlar.

13


Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.