"Ailə Həkimi" Jurnalı 32 - 2012

Page 45

43 Bəllidir ki, Ürəyin İşemik Xəstəliyinin (ÜİX) ən sıx manifestasiyalarından olan sabit stenokardiya belə xəstələrin 58%-də təsadüf olunur. Stenokardiya xəstələrin nəinki həyat keyfiyyətinə, hətta proqnozuna belə mühüm mənfi təsir göstərir. Belə ki, stenokardiyalı xəstələrdə ürək-damar hadisələrinin olma ehtimalı stenokardiyası olmayan xəstələrdən 3-qat artıqdır. Bu qrup xəstələrdə müxtəlif qrup anti-anginal preparatlar simptomatik müalicə üçün istifadə olunsa da, onların proqnoza, yəni ürək-damar ağırlaşmaları ilə yanaşı ümumi ölümün azalmasına təsiri, xüsusən, miokard infarktı (Mİ) keçirməmiş xəstələrdə sübuta yetməyib. Hətta revaskulyarizasiya olunmuş qeyri-kəskin koronar xəstələrdə ölüm və Mİ hallarının qarşısının alınmaması son 20 ildə keçirilən 61 tədqiqatın meta-analizi ilə sübuta yetmişdir. Ona görə də revaskulyarizasiya medikamentoz müalicə ilə bir-birini tamamlayan müalicə üsulları kimi qəbul olunmalıdır. Geniş istifadə olunan antianginal preparatların simptomatik olması və koronar müdaxilələrin geniş istifadəsinə baxmayaraq, koranar xəstələrin əksəriyyəti stenokardiyayla birgə yüksək ürək-damar ağırlaşmalarına məruz qalır. Ən çox və birinci növbədə təyin olunan b-blokatorlar haqqında belə Avropa Kardioloqlar Cəmiyyətinin (AKC) sabit stenokardiya üzrə tövsiyələrində qeyd olunur ki, onlar (b-adrenoblokatorlar) öz proqnostik effektini yalnız Mİ keçirmiş, bu günün standartlarına cavab verməyən zəif preventiv terapiya (RAAS inhibitorları, statinlər və s.) alan xəstələrdə sübut edib və digər stenokardiyalı xəstələrə sırf nəzəri şamil edilir. B-blokatorlarla keçirilən tədqiqatların metaanalizinə baxdıqda görürük ki, onların ürək-damar ağırlaşmalarına göstərdiyi təsirlə ürək döyüntülərinin sayını (ÜDS) endirmə dərəcəsi ilə düz mütənasiblik var. Ümumiyyətlə, çoxsaylı tədqiqat və sorğular göstərir ki, ÜDS azaldıqca ÜİX ilə olan xəstələrdə proqnoz bir o qədər yaxşılaşır və bunun əsasında AKC-nin ürək-damar profilaktikası tövsiyələrində ÜDS ayrıca müstəqil risk faktoru kimi qəbul olunub. Fizioloji nəzərdən problemə yaxınlaşsaq bilirik ki, işemiyanın əsasında miokardın oksigenə olan tələbatı ilə təchizatı arasında balansın pozulması durur və miokardın əsas qanla təchiz olunmasının diastola zamanı baş verdiyini xatırlasaq aydın olar ki, ÜDS nə qədər az olsa, bir o qədər diastolanın vaxtı uzanar və bir o qədər miokardın oksigənlə təchizatı zənginləşər. Bu prinsip üzrə təsirə malik, son illərdə istifadə üçün mövcud olan İf inhibitoru Koraksan spesifik olaraq ÜDS endirir və güclü anti-işemik və anti-anginal effektə malik olmaqla yanaşı, sabit stenokardiyalı xəstələrdə ölüm və xəstələnmə hallarını azaltması sübut olunmuşdur. Koraksan sırf sinus düyününə təsir edərək müstəsna olaraq ÜDS-nı azaldır. Beta-blokatorladan fərqli olaraq, Koraksanın mənfi inotrop və dromotrop effektləri yoxdur, respirator funksiya və arterial təzyiqə təsir etmir. Məlumdur ki, fiziki gərginlik zamanı b-blokatorlar koronar vazokonstriksiyaya səbəb olur, Koraksan

isə fərqli təsir mexanizminə malik olduğu üçün normal fizioloji adaptasiya olan koronar vazodilatasiyanın qarşısını almır. Üstəlik, Koraksan diastola vaxtını maksimal dozada beta-blokatorla müqayisədə 20%-ə qədər daha çox artırır. Bütün bu üstünlüklər ona gətirir ki, Koraksanın anti-işemik effekti, fiziki gərginliyin keçiriciliyini atenolol 100mq-dan 2dəfə, koronar təchizat isə 40% daha artıqdır (İNİTİATİVE tədqiqatı). Koraksanın bütün keyfiyyətlərinin b-blokatorla müqayisə edilməsinə səbəb b-blokatorlar əvəzinə istifadə edilməsi deyil; b-blokatorlar öz yerini tutmuş və təsdiqini tapmış qrup preparatlardır. Yalnız betablokatorların istifadəsi bir çox yanaşı mənfi təsirlər və əks göstərişlərlə məhdudlaşdırır. Təyin olunduqda isə əksər hallarda tam klinik effektiv dozalardan istifadə olun­mur. Məsələn, bisoprolol-10mg və metoprolol200mg effektiv sübuta malik dozalar olsalar da, real olaraq bu dozaların yarısı və hətta ¼ təyin olunur. Bu dozalarda ÜİX olan xəstələrin yarısında nəbz 70 vurğu/ dəqiqədən artıq qalır ki, bu da 2 il ərzində Mİ riskinin nisbi 46% daha yüksək olmasının göstəricisidir. Məhz buna görə ÜDS tövsiyə olunan 55-60 vurğu/dəqiqəyə çatdırılması üçün Koraksanın təyin olunması betablokatorla birgə və ya monoterapiyada vacibdir. 11minə yaxın UİX və sol mədəciyin disfunksiyası olan xəstələrin iştirakı ilə keçirilən BEAUTİFUL tədqiqatı Koraksanın sabit stenokardiyalı xəstələrdə fatal və qeyri-fatal Mİ ilə bağlı hospitallaşma riskini 42% azaltmışdır, ÜDS dəqiqədə 70 vurğudan artıq olan xəstələrdə bu göstərici 73% idi. Bu xəstələrin tam preventiv terapiya və 87%-nin artıq beta-blokator qəbul etməyinə baxmayaraq, Koraksanın əlavə olunması belə müsbət proq­ nostik nəticə vermişdir. Bu gün Koraksan yeganə antianginal preparatdır ki, sabit stenokardiyalı xəstələrdə (Mİ keçirməsindən asılı olmayaraq) belə sübuta malik olsun. Beləliklə, ÜİX olan xəstələrdə ÜDS-na nəzarəti ciddiləşdirməklə yanaşı, elmi-sübuta bağlı təbabət prinsiplərinə əsasən normal sinus ritmi ilə nəbzi 70 vurğu/dəqiqədən artıq olan sabit stenokardiyalı xəstələrdə qəbul etdiyi terapiyadan asılı olmayaraq, o cümlədən beta-adrenoblokatorlar da bütün xəstələrə Koraksanın təyinatı AKC və dərman preparatları üzrə Avropa agentliyi tərəfindən tövsiyə olunur. Xəyal Məmmədov

"Servye"nin Azərbaycandakı nümayəndəliyi, Bakı, AZE 1065, İzmir küç., 1033, Hyatt Tower II, 5-ci mərtəbə Tel.: (+994 12) 490 79 00; Faks: (+994 12) 490 79 09 e-mail: bakufilial@ultel.net www.servier.com

CAN SAĞLIĞI


Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.